Bu məqaləyə hansısa kateqoriya əlavə edilməmişdir. Məqaləyə kateqoriyalar əlavə edərək töhfə verə bilərsiz. |
Keçekyanın villası — Rostov-na-Donu şəhərində, Svoboda meydanında yerləşən bina. XIX əsrdə inşa edilən bina Naxçıvan-na-Donu şəhərinin mərkəzində yerləşurdi. Hazırda ərazi Proletarski rayonu adlanır. Bu gün binada A. S. Puşkin adına uşaq kitabxanası yerləşir. Bina Rusiya Federasiyası regional əhəmiyyətli mədəni irs siyahısına daxil edilmişdir[1].
Keçekyanın villası | |
---|---|
rus. Особняк Ф. С. Кечекьяна | |
47°13′43″ şm. e. 39°45′48″ ş. u. | |
Ölkə | Rusiya |
Şəhər | Rostov-na-Donu |
Vikianbarda əlaqəli mediafayllar |
Naxçıvan-na-Donu şəhərinin Bulvarnaya meydanı, ev 7 ünvanında yeləşən bina XIX əsrdə inşa edilmişdir. Binanın tikintisinə nəzarət şəhər arxitektoru Nikolay Nikitiç Durbax tərəfindən həyata keçirilmişdir. Sənədlərə görə 1886-cı ildən binanın sahibi Olqa Tarasovna Xocaev olmuşdur. 1894-cu ildə Xocaev binanı 8 min rubla İskuqi Xaçeresovna Kekeçyana satmışdı. O, həkim Fedorun həyat yoldaşı idi[2].
Keçekyan burada hıyat yoldaşı və uşaqları ilə birlikdə yaşayırdı. İskuqi Xaçeresovna Kekeçyan erməni qadınlarının xeyruyə cəmiyyətinin üzvü idi. Sovet hakimiyəti qurulduqdan sonra bina milliləşdirilmişdir. 1926-ci ildən binada A. S. Puşkin adına uşaq kitabxanası yerləşir.
Bir mərtəbəli binanın əsas fasadı olan Soboda meydanına baxır. Şərqində Saqirovun villası yerləşir. Fasadı klassizm stilində bəzədilmişdir.