Keçid Şahmatı

Keçid şahmatı (həmçinin dəli, əcaib, 4 nəfərlik, mübadilə, dəyişmiş və çapraz şahmatı adlanan)- 4 nəfərlə 2 komanda şəklində 2 şahmat lövhəsində oynanan şahmat növüdür. Standart şahmat qaydaları tətbiq edilir lakin, oyunçu komanda yoldaşının qazandığı fiqurları götürərək öz lövhəsində istifadə etmək imkanına malikdir.

Keçid şahmatı iki oyunda dörd oyunçu tərəfindən oynanan bir şahmat növüdür. Hər bir komanda üzvü digər komandanın bir rəqibinə üzləşir. Partnyorlar bir-birinin yanında otururlar və bir oyunçu qara, ikincisi isə ağdır. Hər bir oyunçu rəqibini standart şahmat oyununda olduğu kimi, aşağıda göstərilən qaydalar istisna olmaqla oynayır.

Ehtiyat Fiqurlar Oyunçu fiquru qazandıqdan sonra komanda yoldaşına verir. Partnyoru bu fiquru öz istəyindən asılı olaraq ehtiyatda saxlaya və ya lövhəyə qoya bilər. Qazanılan fiqurlar lövhənin istənilə boş nöqtəsinə qoyula bilər lakin, piayadaların lövhənin 1-ci və sonuncu sırasına qoyulması istisnadır. Sonuncu sıraya çıxmış piyada standart şahmatda olduğu kimi vəzirə çıxmış sayılmır və ehtiyat piyada kimi istifadə olunur. Oyunçular bütün ehtiyat fiqurları rəqibin görə biləcəyi şəkildə lövhənin yanında qoymalıdırlar.

Oyunun bitməsi

Oyun komandadan 1 nəfərin qazanması ilə yekunlaşır. Komandadakı bir oyunçu məğlub olduqda, zamanı bitdikdə, təslim olduqda və hiylə işlətdiyi aşkar olduqda oyun digər komandanın qələbəsi ilə başa çatır. Standar şahmata uyğun olaraq 3 gedişin təkrarlanması (ehtiyat fiqurların oyuna daxil edilməsi sayılmır) oyunu bərabərliyə gətirib çıxardır. Oyunçular bir-biri ilə danışa bilərlər və həmçinin bir-birilərdinən fiqur istəyə bilərlər.