Filmdə Azərbaycanın ucqar bölgələrinin adət-ənənələrindən, dünya və bəşəriyyətin yaranmasından söhbət açılır.[1]
- Film sözsüzdür.
- Rejissor öz filminin yaranmasını belə xatırlamışdı:
|
Mən öz yuxularımı göstərirəm. "Keçid" filminin bir çox hissələrini yuxuda görmüşdüm. Necə görmüşdümsə, olduğu kimi də çəkmişəm.
|
|
- 1)2006-cı ildə Kino Günündə "Qızıl Çıraq" nominasiyası
- Film "Ən yaxşı qısametrajlı film", "Ən yaxşı operator işi"nə görə Mükafatlara layiq görüldü.
- 2)2006-cı ildə Buxarestdə(Rumıniya) UNESCO-nun keçirdiyi "Eko-Etno" beynəlxalq film festivalı
- Film Baş mükafata layiq görülmüşdür.
- 3)2007-ci ildə Amsterdamda(Niderland) keçirilən "Şadof film" festivalı
- Film Azərbaycanı təmsil etmişdir.
- 4)2007-ci ildə Qırğızıstanda "Dağ İncisi" beynəlxalq film festivalı
- Film festivalın baş mükafatını-"Qran-pri"sini almışdır.
- 5)2007-ci ildə Qazaxıstanda keçirilən "Şakin Ulduzları" beynəlxalq film festivalı
- Film "Ən yaxşı qısametrajlı film" mükafatına layiq görülmüşdür.
- 6)2007-ci ildə Kislovodskda(Rusiya) "Zolotoy vityaz" ("Qızıl Pəhləvan") festivalı
- Film "Xalqların mədəniyyətinin ən yaxşı bədii həlli" nominasiyası üzrə Xüsusi Mükafat almışdır.
- 7)2008-ci ildə "Novoye kino. XXI vek" ("Yeni kino. XXI əsr") V Beynəlxalq festivalı
- Film Azərbaycanı təmsil etmişdir.
- Rejissor: Yusif Quliyev
- Ssenari müəllifi: Yavər Rzayev
- İntiqam. “"Keçid" filmi” //Mədəniyyət.-2009.- 11 mart .- səh. 10.