Keşan — Naxçıvan Muxtar Respublikası Ordubad rayonununda yerləşən arxeoloji abidə.
Ordubad rayonunun Düylün kəndinin şimalında, Düylünçayın sağ sahilində arxeoloji abidə. Yaşayış evləri dördkünc formalıdır. Divarların aşağısı qaya parçaları və çay daşlarından, yuxarısı isə möhrədən inşa olunmuşdur. Bəzi evlərin tikintisində kvadrat formalı çiy kərpiclərdən istifadə edilmişdir. Yaşayış yerinin şimal və cənub tərəfində su kanalı vardır. Onun ətrafında olan ərazilər indi də əkin sahəsi kimi istifadə olunur. Axtarışlar zamanı yaşayış yerinin ərazisindən Orta əsrlərə aid şirli və şirsiz keramika məmulatı aşkar olunmuşdur. Aşkar olunan arxeoloji materiallara əsasən yaşayış yerini 9-18 əsrlərə aid etmək olar. Abidənin cənubunda onunla həmdövr olan qəbiristanlıq vardır[1].