Keşlədə dəmiryol qəzası

Keşlədə dəmiryol qəzası — Bakı ilə Keşlə arasındakı dəmiryol qəzası.[1]

Keşlədə dəmiryol qəzası
Detallar
Tarix
Yer Bakı ilə Keşlə arası
Ölkə  Azərbaycan
Statistik məlumatlar
Qatarlar 2
Həlak olanlar 29
Yaralananlar 69

1930-cu illərdə Bakı ilə Keşlə arasında gecə iki qatar toqquşmuşdur. Qəza zamanı 2 qatar, 5-6 yük və sərnişin vaqonu yararsız hala düşmüşdür. Hadisə zamanı sərnişinlərdən 29-u ölmüş, 69-u isə ağır yaralanmışdır.

Qəzaya Keşlə stansiyası işçilərinin səbəb olduğu aydınlaşdırılmışdır. Bu səbəbdən stansiyanın növbətçisi və 6 işçisi tutulmuşdur.

  1. "İki tren çarpıştı, 29 kişi öldü", "Cumhuriyyet" qəzeti, Türkiyə, 1930-cu illər.