Kekova adası (türk. Kekova) — Türkiyə sahillərində yerləşən ada.
Kekova adası | |
---|---|
türk. Kekova Adası | |
Ümumi məlumatlar | |
Sahəsi | 4,5 km² |
Uzunluğu |
|
Eni | 1,7 km |
Əhalisi | 0 nəfər |
Yerləşməsi | |
36°11′00″ şm. e. 29°53′00″ ş. u. | |
Ölkə | Türkiyə |
Akvatoriya | |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Kekova adası Aralıq dənizində, Kaş şəhərindən bir qədər aralıda yerləşir. Adanın sahəsi 4,5 km²-dir. Adada təxmini olaraq 1850-ci ildən bəri yaşayış yoxdur. İnzibati baxımından eyni adlı dairəyə daxildir. dairənin sahəsi 260 km²-dir. Dairəyə Kekova adasından əlavə Kaleköy və Uçaız kəndləri daxildir. Bura Simen və Teymus qalıqlarında başqa antik dövrə aid olan Aperlai və Dolixiste şəhərlərinin xarabalıqlarıda daxildir.
Adanın şimal hissəsində b.e II əsrində zəlzələdən dağılmış dolixiste şəhərinin su altındakı qalıqları bu gündə qalır. Bir müddət ada bizanslılara məxsus olmuşdur. XIII əsrdə isə türklər tərəfindən ələ keçirilmişdir. Birinci Dünya müharibəsi sonrası və İtaliyanın işğal zonası olan Meyisti adasına yaxın olması səbəbindən iki ölkə arasında sərhəd mübahisəsi olmuşdur. 1932-ci il Türkiyə-İtaliya konvensiyasına görə ada Türkiyə ərazisi olaraq tanınır.