Kelli Sildaru

Kelli Sildaru (est. Kelly Sildaru; 17 fevral 2002[1], Tallin) — Hafpayp, slopestyle, big eyr və superpayp disiplinləri üzrə ixtisaslaşan estoniyalı fristaylçı, hafpayp üzrə 2019-cu il dünya çempionu, slopestyle üzrə 4 qat X-Games qalibi. Slopestayl üzrə 2020 Gənclər Qış Olimpiya çempionu. Slopestayl üzrə 2022-ci il Olimpiadasının bürünc mükafatçısı.

Kelli Sildaru
est. Kelly Sildaru
Şəxsi məlumatlar
Vətəndaşlığı Estoniya Estoniya
Doğum tarixi (21 yaş)
Doğum yeri Tallin, Estoniya
İdman növü Fristayl xizəksürmə
Karyera illəri 2022 Qış Olimpiya Oyunları
Boyu 170 sm.

Karyera[redaktə | mənbəni redaktə et]

2017-ci ilin yanvarında o, ikinci qızıl medalını slopestyle üzrə Qış Dünya Ekstremal Oyunlarında qazanır[2].

2018 Qış Olimpiya Oyunlarında o, Estoniyanı təmsil etməli idi, lakin dizindən aldığı zədə səbəbindən yarışı buraxmaq məcburiyyətində qalır[3].

2019-cu ildə sərbəst xizək sürmə və snoubord üzrə Dünya Çempionatında Kelli Sildaru ilk qızıl medalını halfpyapda qazanmışdır[4]. Ölkəsində o, 2019-cu ildə Estoniyanın ən yaxşı idmançısı kimi tanınıb[5].

18 yanvar 2020-ci ildə Lozannada keçirilən Yeniyetmələrin Qış Olimpiya Oyunlarında 93,75 xalla slopestyle üzrə qızıl medal qazanır[6][7]. Elə həmin il Qış Ümumdünya Ekstremal Oyunlarında superpayp və slopestyle idman növləri üzrə o, iki qızıl medal qazanmışdır[8][9].

2022-ci ildə Qış Ümumdünya Ekstremal Oyunlarında superpayp növündə yenidən qızıl medal qazanır[10].

2022 Olimpiya oyunları[redaktə | mənbəni redaktə et]

Olimpiya oyunlarının açılışında Sildaru Martin Himma ilə birlikdə Estoniya milli komandasının bayraqdarı seçilir[11][12] və o, bağlanışda da bayraqdar olur[13].

Kelli Sildaru ümumi 125,50 xalla təsnifat mərhələsində biq-eyr üzrə on yeddinci yeri tutaraq yarışının finalına çıxa bilmir[14].

Fevralın 15-də o, 82,06 xal qazanaraq slopestyle üzrə bürünc medalçı olur[15][16][17].

Fevralın 18-də o, hafpyap yarışının finalında 87 xal toplayaraq dördüncü yeri tutur[18].

Nəticələri[redaktə | mənbəni redaktə et]

olimpiya oyunları[redaktə | mənbəni redaktə et]

yer zaman keçirilmə yeri növ qalib
3 15 fevral 2022 Çin Çin Sloupstayl

Yeniyetmələrin Olimpiya oyunları[redaktə | mənbəni redaktə et]

yer zaman keçirilmə yeri növ qalib
1 18 yanvar 2020 İsveçrə lozanna Sloupstayl

Dünya çempiuonatı[redaktə | mənbəni redaktə et]

yer zaman keçirilmə yeri növ qalib
1 9 fevral 2019 ABŞ Park-Siti Hafpayp

Mükafatlar[redaktə | mənbəni redaktə et]

Estoniyanın ən yaxşı gənc idmançısı (5): 2016[19], 2017, 2018[20], 2019[21], 2020[22]

Estoniyada ilin idmançısı (1): 2019

ABŞ İdman Akademiyasının ilin idmançısı (1): 2019[23]

Dövlət mükafatları[redaktə | mənbəni redaktə et]

3-cü dərəcəli Ağ Ulduz ordeninin kavaleri (2022)[24].

Ailə[redaktə | mənbəni redaktə et]

Tınis Sildaru - Kelli Sildarunun atası və məşqçisi[25].

Henri Sildaru - qardaşı. Fristayler, slopestyal üzrə 2019 Estoniya çempionu[26][27].

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. Kelly Sildaru // Eesti Spordi Biograafiline Leksikon (est.).
  2. "ВИДЕО: Келли Сильдару завоевала золотую медаль на Всемирных экстремальных играх в США". rus.err.ee. 2021-09-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-01-06.
  3. "Сильдару: я еще очень молода, у меня много Олимпиад впереди". rus.err.ee. 2020-09-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-01-06.
  4. "Келли Сильдару стала чемпионкой мира в хафпайпе". rus.err.ee. 2019-11-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-01-06.
  5. "ФОТО: Келли Сильдару и Магнус Кирт - лучшие спортсмены Эстонии 2019 года!". delfi. 2021-09-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-01-06.
  6. "Келли Сильдару выиграла золото юношеских Олимпийских игр!". delfi. 2021-09-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-01-18.
  7. "Келли Сильдару выиграла золото на юношеских Олимпийских играх". postimees. 2020-08-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-01-18.
  8. "Келли Сильдару выиграла золото в хафпайпе на X-Games в Аспене". rus.err.ee. 2020-01-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-01-26.
  9. "Эстонка Келли Сильдару завоевала золото в слоупстайле на X-Games". delfi. 2020-01-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-01-27.
  10. "Women's Ski SuperPipe 2022" (ingilis). xgames.com. 2022-01-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-02-15.
  11. "Флаг Эстонии на Олимпиаде в Пекине будут нести Мартин Химма и Келли Сильдару". postimees. 2022-02-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-02-03.
  12. "На открытии Олимпиады флаг Эстонии понесут Келли Сильдару и Мартин Химма". rus.err.ee. 2022-02-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-02-03.
  13. "Kelly Sildaru kannab Eesti lippu ka Pekingi olümpia lõputseremoonial" (eston). sport.err.ee. 2022-02-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-02-19.
  14. "Келли Сильдару заняла на Олимпиаде 17-е место в биг-эйре". rus.err.ee. 2022-02-07. 2022-02-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-02-07.
  15. "Келли Сильдару выиграла олимпийскую бронзу в слоупстайле". rus.err.ee. 2022-02-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-02-15.
  16. "Келли Сильдару принесла Эстонии бронзовую медаль Олимпиады". delfi. 2022-02-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-02-15.
  17. "Келли Силдару выиграла олимпийскую бронзу". postimees. 2022-02-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-02-15.
  18. "Келли Сильдару осталась без олимпийской медали в соревнованиях по хафпайпу". rus.err.ee. 2022-02-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-02-18.
  19. "Галерея: в Эстонии выбрали лучших спортсменов 2016 года". postimees. 2021-09-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-01-06.
  20. "Лучшими спортсменами Эстонии стали Саскиа Алусалу и Магнус Кирт". rus.err.ee. 2019-10-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-01-06.
  21. "Лучшими спортсменами Эстонии стали Магнус Кирт и Келли Сильдару". rus.err.ee. 2020-01-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-01-06.
  22. "Лучшими спортсменами Эстонии стали Отт Тянак и Мартин Ярвеоя, лучшим тренером – Анна Леванди". rus.err.ee. 2021-01-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-01-04.
  23. "Келли Сильдару стала лучшей спортсменкой года по версии Академии спорта США". err.ee. 2020-01-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-01-28.
  24. "148 INIMEST ⟩ Nemad saavad tänavu president Alar Kariselt teenetemärgi" (eston). postimees. 2022-02-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-02-21.
  25. "Келли Сильдару отказалась от приглашения на президентский прием". delfi. 2016-02-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-01-06.
  26. "12-летний школьник выиграл чемпионат Эстонии среди взрослых". delfi. 2021-09-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-01-06.
  27. "Концерн Eesti Meedia станет спонсором Келли Сильдару и Союза лыжного спорта Эстонии". postimees. 2017-04-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-01-06.