Kennedi ailəsi — bir çox nümayəndəsi məşhur siyasətçi olan və ABŞ-nin rəhbər orqanlarında yüksək vəzifələr tutan İrlandiyalı mənşəli məşhur Amerikan sülaləsi. Kennedilər Katolik, Demokratikdir və Massaçusets ştatındandılar.
Ailənin patriarxı Patrik Cozef Kennedi və ən məşhur nümayəndələri nəvələri, 35-ci ABŞ prezidenti Con Fitzcerald Kennedi, 64-cü ABŞ Baş prokuroru Robert Frensis Kennedi və senator Edvard Mur Kennedidir.
Kennedi ailəsi nəsillər boyu Con və Robert sui-qəsdləri və dörd təyyarə qəzası da daxil olmaqla faciəvi qəzalar yaşadı. Jurnalistlər bu hadisələr zəncirini "Kennedi lənəti" adlandırdılar [1]. Ailənin qalan üzvləri çox yaşayan (orta yaş — 90 yaş) olublar.