Kepler-10b — Kepler Kosmik Teleskopu tərəfindən Günəş sistemindən kənarda kəşf edilmiş ilk qayalı planet.[6]
Kəşfi | |
---|---|
Kəşf edən | Batalha və başqaları |
Kəşf tarixi | Yanvar 10, 2011 |
Kəşf üsulu | Tranzit (Kepler Missiyası) |
Orbital xarakteristikası | |
Dövr 0.837495 d 20.0999 h | |
Böyük yarımoxu | 0.01684 AU |
Oribitin orta radiusu | 1.47 Yer radiusu |
Orbitinin ekssentrisiteti | 0 |
Əyilməsi | 85,1 ± 3,4 °[1] |
Özünə xas ekssentrisitet | 0,06 ± 0,16[2] |
Fiziki xarakteristikaları | |
Kütləsi | 3.72±0.42 Yer kütləsi |
Orta sıxlığı | 6.46±0.73 g/cm3 |
15 m/s2 (49 ft/s2) | |
Şimal qütbünün meyllənməsi | +50° 14′ 28,701617339″[4][5] |
Albedo | 0.5 |
Temperatur | 1,833 K (1,560 °C; 2,840 °F) (gündüzlər) 50 K (−223.2 °C; −369.7 °F) (gecələr)[3] |
Yerə bənzər planetlərin öz ulduzlarının qarşısından keçdiyini kəşf etmək məqsədi daşıyan NASA-nın idarə etdiyi Kepler Missiyası zamanı bir neçə aylıq məlumatların toplanmasından sonra kəşf edilmişdir. Planetin kəşfi 2011-ci il yanvarın 10-da elan edildi və onun mövcudluğu Havaydakı W. M. Keck Rəsədxanasının ölçmələri ilə təsdiqləndi. Onun kütləsi 3,72±0,42 Yer kütləsi, radiusu isə 1,47 Yer radiusudur. Bununla belə, o, Kepler-10 ulduzuna son dərəcə yaxın yerləşir və nəticədə həyatı dəstəkləmək üçün çox istidir.
Kepler-10 ulduzu, bizim Günəş sistemimizdən 560 işıq ili uzaqlıqda, Əjdaha bürcündə yerləşir. Yaşının 12 milyard il olduğu təxmin edilən bu ulduz, demək olar ki, Günəşlə eyni ölçüdədir.[7] Bu ulduzun orbitində hərəkət edən Kepler-10b planeti öz ulduzunun orbitində kəşf edilən ilk planet idi. Buna görə də ulduzun b planeti kimi adlandırıldı.
Günəş sistemindən kənar planetləri tapmaq üçün istifadə edilən tranzit metodu ulduzun parlaqlığının yüksək dəqiqliklə araşdırılmasına əsaslanır. Əgər bir planet varsa və Yerlə ulduz arasından keçərsə, ulduzdan gələn şüalar planetin diametrindən asılı olaraq müəyyən bölgədə zəifləyəcək. Radiasiya sürətinin ölçülməsi planetin kütləsini ölçmək və orada bir planetin olduğunu sübut etmək üçün istifadə edilir.[8]
Kepler-10b-nin kəşfi Kepler teleskopu ilə 2009-cu ilin may ayından 2010-cu ilin yanvar ayına qədər toplanmış səkkiz aylıq məlumatlara əsaslanırdı. Planetin ilk tranzitləri 2009-cu ilin iyulunda müşahidə edilib. Toplanmış məlumatlara görə, Kepler-10 hər 0,83 gündə on mində bir dəfə zəifləyir.[9] Kepler-10, Kepler teleskopunun görüş sahəsində kiçik bir tranzit planeti saxlaya bilən ilk ulduz idi və Kepler-10b-nin kütləsini təsdiqləmək üçün yerüstü radial sürət müşahidələri üçün yüksək prioritet hədəf hesab olunurdu. Keck I teleskopu ilə 2009-cu ilin avqustundan 2010-cu ilin avqustuna qədər fasilələrlə aparılmış radial sürət ölçmələri Kepler-10 ulduzunun spektrində Kepler tərəfindən müşahidə edilən planetin təbiətinə uyğun gələn dövri Dopler sürüşməsini aşkar etdi və bu planetin varlığını təsdiqlədi və onun kütləsini təyin etməyə imkan verdi.[10] Planetin kəşfi 10 yanvar 2011-ci ildə ictimaiyyətə açıqlandı.[11]
2011-ci ilin sentyabrında ikinci tranzit və fazaların aşkarlanması elan edildi. Bu, planetin temperaturunu və albedosunu təyin etməyə imkan verdi. Bu, fazaları müşahidə edilən ilk qayalı ekzoplanetdir. Fazaların aşkarlanması həddindən artıq gündüz/gecə temperatur dəyişiklikləri və planetin orbitində dövr etdiyi ulduza yaxın olması səbəbindən aldığı ulduz işığının miqdarına görə mümkün olmuşdur.[12]
Kepler-10b-nin kəşfi astronomların böyük marağına səbəb oldu və onlar bu planet haqqındakı məlumatlardan qayalı, Yer-ölçülü planetlərin ortaq cəhətləri olan formalaşma və quruluşu araşdırmaq üçün istifadə etməyə ümid edirdilər.[13] Fransanın Nitsa şəhərindəki Kot d'Azur Universitetindən olan Diana Valensiya planeti "super-Yer"-dən daha çox "super-Merkuri" hesab etdi və onun fiziki xüsusiyyətlərini verdi.
Kepler-10b ən çox qayalı səthi ilə diqqət çəkir. Onun diametri Yerin diametrindən 1,47 dəfə böyükdür.[14] Kepler-10b-nin kütləsi Yerin kütləsindən 3,72±0,42 dəfə çoxdur, orta sıxlığı isə 6,46±0,73 q sm−3-dür.[15] O, öz ulduzu Kepler-10 ətrafında bir gündən az müddətdə, Merkuridən Günəşə qədər olan məsafənin iyirmidə birindən də kiçik məsafədə dövr edir. Onun ulduza tərəf olan hissəsində səth temperaturu təqribən 1833 K-dir.[16]
Kepler-10b qayalı olduğu təsdiqlənmiş ilk ekzoplanetdir. CoRoT-7b əvvəllər kəşf edilmiş və qayalı olduğu iddia edilsə də, CoRoT-7b-nin əmələ gəldiyi material dəqiq deyil.[17]
Kepler-10b gündüz və gecə tərəfləri arasında temperaturda həddindən artıq dəyişikliklərə malikdir. O, həmçinin aldığı ulduz işığının təxminən yarısını əks etdirir. Yüksək Bond albedo üçün mümkün izahatlardan biri, Kepler-10b-nin nüvəsiz qayalı planet olması və dəmir oksidləri ilə zəngin səthi maqma okeanlarına malik olması ola bilər.[18]
Kepler-10b bildiyimiz kimi həyat üçün çox isti olsa da, planetin kəşfi həyatı dəstəkləyə biləcək planetlərin tapılmasında mühüm addımdır. Kepler 10-b-ni taparkən aşkar edilən yüksək siqnal o deməkdir ki, Kepler missiyası yerəbənzər planetlər də daxil olmaqla daha kiçik Günəşdən kənar planetləri tapa bilər.[19]
Kateqoriya:Astronomiya Kateqoriya:Planetlər Kateqoriya:Ekzoplanetlər