Keqon

Nara şəhərində yerləşən Today məbədi.

Keqon (華厳宗?)buddizmin Yaponiyadakı sektalarından biri.[1] Yaponiyanın buddizm tarixinin ilk dövrlərində yaranmışdır.[1] Nara buddizminin altı sektasından biri idi.[1]

Keqon sektası Çində yaranmış Huayan məktəbi əsasında ortaya çıxmışdır.[1] VIII əsrdə Çindən Yaponiyaya səyahət etmiş çinli keşiş Dao-şuan, daha sonra koreyalı keşiş Şinco Huayan təlimini Yaponiyaya gətirmişdir.[1] Kinşosen məbədinin rahibi olan Roben 726-cı ildə təlimin əsas mətni olan Avatamsaka sutrası (Keqonkyo) haqqında mühazirələr vermişdir.[1] Daha sonra Today məbədinə çevrilən bu məbəd Keqon sektasının mərkəzinə çevrilmişdir.[1]

Kamakura dövründə Today məbədindən QyonenKozay məbədindən isə Myoe kimi keşişlər Keqon sektasının yayılmasında əhəmiyyətli yer tutmuşdurlar.[1] Növbəti dövrlərdə Keqon sektası öz əhəmiyyətini itirsə də, Şoşun kimi bir çox alim Keqon təlimini öyrənməyə davam etmişdir.[1]

Hal-hazırda Nara şəhərində yerləşən Today məbədi Keqon sektasının mərkəzi hesab olunur.[1] Yaponiyada Keqon sektasına aid olan 47 buddist məbədi yerləşir.[1]

  • Kodansha Encyclopedia of Japan (ingiliscə). IV cild. Tokio: Kodansha. 1983. səh. 186. ISBN 0-87011-624-7. İstifadə tarixi: 8 iyul 2022.