Bıstraya — Kerçik — Rusiya Federasiyasının ərazisindən axan çay. Don çayının qolu olan Aksay çayının sağ qolunu təşkil edir. Üstəlik həcminə görə onun ikinci qoludur. Çayın uzunluğu 64 km, hömzəsinin sahəsi isə 652 km² təşkil edir.
Kerçik çayı | |
---|---|
rus. Керчик | |
Ölkə | Rusiya |
Mənsəbi | Aksay çayı |
Uzunluğu | 64 km |
Hövzəsinin sahəsi | 652 km² |
DSR[ru] | 05010500912107000015966 |
Kerçik tipik çöl çayıdır. Çay özü ilə bərabər çoxlu sayda çöküntü materalı gətirir. Bu çöküntülər Aksay çayının lilləşməsinə səbəb olur[1]
Kerçik → Aksay → Don.
Mokrı Kerçik çayı adı Suxoy Kerçik adından fərqləndirmək məqsədi ilə deyilir. Çayın adı digər obyeklərə qoyulmuşdur: Kerçik stansiyası, Kerçik qəsəbəsi, Kerçik kəndi, Kerçik-Savrov xutoru və Mokrı Kerçik qəsəbəsi.
Çay başlanğıcını Dones vilauətinin Kerçik stansiyasının cənubundan götürür. İlk əvvəl cənuba doğru istiqamətlənir. Kerçik-Savrov xutoru ətrafında cənub-qərbə yönəlir. Mokrı-Kerçik qəsəbəsi yaxınlığında ona Mokrı Loq qolunu qəbul edir. Sonradan isə ona sağ hissədən Suxoy Kerçik çayı xutoru tökülür. Buradan isə o cənuba istiqamətlənir. Nikolayevka qəsəbəsində isə ona Ozerki çayı tökülür. Aksay çayına 77 km qalmış ona tökülür. Çay Rostov vilayətinin Oktrabrski və Ust-Dones rayonları ərazisindən axır.