Kergelen

Kergelen (Kerguelen) — Hind okeanının cənubunda arxipelaq. Fransaya məxsusdur. Bir böyük (Kerkelen) və təqribən 300 kiçik adadan ibarətdir. Vulkan mənşəlidir. Sahəsi təqribən 7 min km2-dir. Maksimal hündürlüyü 1965 m-dir. İqlimi subantarktikdir. Kerkelen arixelaqının mərkəzi hissəsində sahəsi 500 km2-dək olan buzlaq örtüyü var. Bitki örtüyü zəifdir. Suiti ovlanır. Daimi əhalisi yoxdur. Adalar sualtı Kergelen silsiləsinin səthə çıxdığı yerdə formalaşmışdır.

Kergelen
fr. Îles Kerguelen
Ümumi məlumatlar
Adaların sayı 300
Ən böyük adası Kerkelen
Ümumi sahəsi 7000 km²
Hündür nöqtəsi 1965 m
Yerləşməsi
49°15′ c. e. 69°35′ ş. u.HGYO
Ölkə  Fransa
Akvatoriya
Kergelen xəritədə
Kergelen
Kergelen
Kergelen (Hind okeanı)
Kergelen
Kergelen, Hind okeanı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Ada 1772-ci ilin fevral ayının 12-də fransiz səyyah, dənizçi Yves de Kerguelen (Yves-Joseph de Kerguelen-Trémarec) tərəfindən kəşf edilib və Fransa kralının adından adanı ələ keçirib. Əhalisi 1949-cu ildən bu yana 50–100 nəfər arasında dəyişir. Əhalinin çoxu 1949-cu ilində adaya gələn araşdırmaçılar təşkil etməkdədir. 18-ci əsrə kimi ada, pərayaqlıların kürkləri ilə məşhur olub.1908-ci ildə adaya Norveçli balina ovçuları təşrif buyurublar. Günümüzdə adada elmi araşdırmalar aparılmaqdadır.