Kerniq simptomu — xəstə arxası üstə uzanmış vəziyyətdə həkim düz bucaq altında bud-çanaq və diz oynaqlarında ayağı bükür və sonra diz oynağında açır. Baş beyin və onurğa beyni qişalarının qıcıqlanması zamanı diz oynağında ətrafın açılması əzələlərin tonik gərginləşməsinə görə çətinləşir, bəzən ağrı olur. Meningitlər zamanı qeydə alınan əsas nevroloji simptomlardan hesab olunur.[1]