Keti Eder — Amerikalı fəal və sosial sahibkar, 50 Miles More, Kids Tales və The Future Coalition sosial layihələrinin təsisçisi və rəhbəri, sonuncunun icraçı direktoru[1][2][3].
Keti Eder | |
---|---|
Doğum tarixi | XX əsr |
Doğum yeri | |
Fəaliyyəti | sahibkar |
2019-cu ilin dekabr ayında Eder Forbes 30 Under 30 Hüquq və Siyasət siyahısına daxil edilir.
Eder Viskonsin ştatının Milouki şəhərində anadan olub və böyüyüb[4]. Keti 2018-ci ildə Şorewud Liseyini bitirib və 2020-ci ilin payızında Stenford Universitetinə daxil olub[5]. Ailədə beş uşağın ən kiçiyidir[6].
Keti 13 yaşında olanda “Kids Tales” (“Uşaq nağılları”) qeyri-kommersiya təşkilatını təsis edir. Təşkilatın məqsədi məktəbdən kənar heç vaxt yazmamış uşaqlar üçün yaradıcı yazı seminarları keçirməkdir[1][7]. Kids Tales seminarı zamanı uşaqlar hekayə yazır, daha sonra antologiya kimi real kitabda nəşr olunur. Kids Tales seminarlarında doqquz ölkədən 1500 uşaq iştirak edir. Kids Tales 400-dən çox yeniyetmə müəllimi cəlb etmiş və 90 antologiya nəşr etdirmişdir[8][9].
Keti ölkə daxilində digər gənclər təşkilatları ilə 50 Miles More ittifaqının qurulması ilə bağlı danışıqlar apara bilir. Nəticədə gələcəyi daha yaxşı və təhlükəsiz etmək məqsədi ilə gənclər təşkilatları üçün milli şəbəkə və icma olan Future Coalitionı qurulur. Future Coalition fikir mübadiləsi aparmaq üçün Amerika Birləşmiş Ştatlarında gənclər təşkilatlarını və gənclər liderlərini bir araya gətirir[10][11]. The Future Coalition 2018-ci ilin sentyabr ayında Walkout to Vote səsvermə kampaniyasına başlayır. Ölkə üzrə 500-dən çox məktəbdə şagirdlər sinif otağını tərk edərək səsverməyə gəlir[12][13].
Diller Tikkun Olam mükafatı[14]. Three Dot Dash — Global Social Entrepreneurship Incubator — Just Peace Summit[15].