Ketsi (gürc. კეცი) — Qırmızı gildən (kiçik) və ya qara daşdan (daha böyük) hazırlanmış tava. Gürcü mətbəxində ocaxuri, əcəbsənəli, mçadi, xaçapuri hazırlamaq və toyuq, balıq və s. qızartmaq üçün istifadə olunur.
Ketsi, mminimum yağ miqdarı ilə şirəli, dadlı yeməklər hazırlamağa imkan verir. Rus nimçəsi və bolqar sacı ilə eyni xüsusiyyətə malikdir. Gil qablar qoxuları yaxşı udur, ona görə də müxtəlif yeməklər üçün ya ketsi, ya da bu tavalardan bir neçəsini istifadə etmək lazım olur.
Ketsi yeməkləri qaz və ya elektrik sobasında, adi sobada və ya açıq odda bişirmək üçün istifadə olunur, lakin ketsi ilə kömürdə bişirildikdə yeməklər daha dadlı olur.
Saxsı qablar özündə istiliyi uzun müddət saxladığı üçün, yeməyi daha uzun müddət isti saxlamaq üçün birbaşa ketsidə verilir.
Bu cür qablar xüsusi qayğı tələb edir: onları dərhal yüksək atəşə qoymaq lazım deyil. Yeməkdən sonra tavaya yarım saat ilıq su tökün, sonra yuyun və yumşaq bir dəsmal ilə qurudun. Müasir qabyuyan yuyucu vasitələrdən istifadə edilməməlidir. Bu qablar kövrəkdir, ona görə də onlara kimyəvi maddələr əlavə etmədən yalnız əl ilə qulluq etməlisiniz. Ketsidə yeməyi qarışdırmaq üçün yalnız taxta qaşıqlar və ya spatulalardan istifadə etməlisiniz.
Eyni zamanda bir neçə ketsiyə sahib olmaq lazımdır, çünki onlar qoxuları özünə çəkir və eyni qabda bir neçə yemək bişirmək mümkün deyil.
Ketsinin iki əsas növü var: şirəli və şirəsiz
Şirələnmiş ketsi və şirəsiz ketsi. Şirələnmiş ketsi daha rahat, praktik və ekoloji cəhətdən təmizdir. Şirələnməmiş qablardan qablardan fərqli olaraq, o, yağı, ətirləri, digər şirələri udmur və təmizlənməsi daha asan olur.
Ancaq şirələnmiş bir tava yeməklərə şirəlilik və zənginlik vermək qabiliyyətinə malik deyil.[1]