Bu məqaləyə hansısa kateqoriya əlavə edilməmişdir. Məqaləyə kateqoriyalar əlavə edərək töhfə verə bilərsiz. |
Kiçik Asiya ağac qurbağası (lat. Hyla savignyi) — ağac qurbağaları fəsiləsinə aid olan növ.
Kiçik Asiya ağac qurbağası | ||||
---|---|---|---|---|
Elmi təsnifat | ||||
XƏTA: latin parametri doldurulmayıb. |
||||
Beynəlxalq elmi adı | ||||
XƏTA HAQQINDA MƏLUMAT Bu parametr doldurulmayıb: latin |
||||
|
Uzunluğu 45-50mm-ə çatır. Gözünün altında qara xal yoxdur. Burun dəliklərindən başlayan ağ haşiyəli qara zolaq bədənin yanları ilə axıra qədər uzanaraq bədəni bel və qarın hissəyə ayırır. Şərqi ağac qurbağasından fərqli olaraq qasıq nahiyədə xətt ilgək şəkli əmələ gətirmir. Temperaturdan və fondan asılı olaraq rəngini dəyişir.
Şimali-Qərbi Afrikadan Şimali İran və Cənubi Qafqaza qədər Ön Asiyada yayılmışdır. Azərbaycanda qərb, cənub və şərq rayonlarında rast gəlinir. Respublikada ilk dəfə Menetriye tərəfindən 1830-cu ildə Lənkəran ətrafında qeydə alınmışdır.
Əsasən arid landşaftlarda olur. Su hövzələrinin yaxınlığında otla örtülü nəm yerlərdə, bağlarda, kolluqlarda yaşayır. Bəzən su hövzələrindən uzaq açıq bitkisiz yerlərdə də rast gəlinir. Oturaq növdür.
Gizli həyat tərzi keçirir. Günün əksər hissəsini bitkilərin üstündə hərəkətsiz oturur, toranlıq vaxtı ov etməyə başlayır. İlin çox hissəsini fəal olur. Çoxalması: Kürütökmə aprelin sonunda başlayıb bir aya yaxın davam edir. Dişi topa şəklində hissələrlə minə qədər kürü qoyur. Metomorfoz 2,5 aya yaxın davam edir. Cinsi yetkinliyə 3-4 yaşında çatır. Qışlamaya adətən noyabrda gedir. Ağac köklərinin altında, yuvalarda və başqa sığınacaqlarda qışlayır. Mart-aprel ayında qışlamadan oyanır.
Zərərli həşaratları məhv etməklə xeyir verir. Əsasən həşaratlarla və hörümçəklərlə qidalanır. Kürü və çömçəquyruqları göl qurbağası tərəfindən yeyilir. Düşmənləri quşlar və su ilanlarıdır.