Kiçik Ayvasıl kilsəsi — Trabzonun ən qədim kilsələrindən biridir. Üç nefli olan bina üst-üstə yığılmış daşlardan tikilmişdir.[1]
Kiçik Ayvasıl kilsəsi | |
---|---|
Ölkə | |
Üslubu | Bizans memarlığı |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Kilsənin girişindəki kitabədə kilsənin eramızın 884-cü ildə I Bazil tərəfindən təmir edildiyi bildirilir. 1923-cü ilə qədər kilsə kimi istifadə edilən bina bu gün boşdur.[2]
Kilsənin cənub və qərbdən iki girişi var. T formalı dayaqlar binanı 3 nefə ayırır. Apsislər həm içəridə, həm də xaricdə dairəvi plana malikdir. Yan apsislərdə iki, əsas apsisdə üç pəncərə var.[3] Nefləri yastı tağlar əhatə edir. Binanın eksteryerində fiqurlu relyeflər, interyerdə isə fresk təsvirləri vardır.[4] Bu freskalardan biri İsanın çarmaxdan endirilməsini təsvir edir. Freskada İsanın cəsədi və başı qismən göründüyü halda, Məryəm ümumilikdə aydın görünür. İsanın sol tərəfində biri qadın olan üç nəfər təsvir edilmişdir.[5]