Kiçik Su pərisi (personajlar)

Kiçik Su pərisi - 1989-cu ildə istehsal edilmiş cizgi filmidir. Onun ardınca daha iki seriyası çəkilmişdir. Bu siyahıda "Kiçik Su pərisi" cizgi filminin personajları haqqında məlumat verilmişdir.

Ariel - Kral Tritonun ən kiçik qızıdır. Altı bacısı vardır: Akvata, Alana, Arista, Attina, Adela və Andriana. Onun çoxlu dostları vardır, amma ən yaxşı dostu kiçik balıq Flaunderdir. Arielin gözəl səsi vardır və yaxşı mahnı ifa etmək bacarığına malikdir. Onu ən çox insan dünyası maraqlandırır. Arielin yaşıl quyruğu vardır. Ariel personajı "Disney qadın personajlarının kraliçası" siyasında birincidir. İlk qadın personajıdır ki, tam çılpaq şəklində çəkilmişdir. Əlbəttə ki, cizgi filmində Arielin çılqpaq olunması zamanı yalnız onun ayaqları göstərilir. Cizgi filminin ilk seriyasında Ariel personajı Codi Benson tərəfindən səsləndirilir.

Şahzadə Erik - cizgi filmin baş personajlarından biridir. Erik cizgi filmin ilk hissəsində gəmidə üzərkən güclü dalğa qəzasına uğrayır. Gəmidəki ən sevimli iti Maksı xilas etmək üçün geri dönüncə, partlayış nəticəsində suda batır. Bu zaman Ariel tərəfindən xilas edilir. Uzun müddətdən sonra Erik onunla rastlaşır və Arielin siması ona tanış gəlir. Ariel isə bundan öncə Eriki görmək üçün Ursulayla müqavilə imzalamışdır. Bir müddət sonra Ursula boynunda Arielin səsi olan xüsusi nişanı taxaraq başqa sima cildində Erikin yanına gəlir. Bu zaman Erik ram olaraq onunla evlənmək qərarına gəlir. Ariel və onun ən yaxşı dostları Eriki xilas edirlər. Amma Ursula Kral Tritonun gücünü hiylə ilə almağı bacarır və daha da güclənir. Arieli xilas etmək Erik gəmini hərəkətə gətirərək Ursulanın üzərinə gəlir və Ursula məhv olur. Sabahısı gün Kral Triton Arieldə sehr nəticəsində ayaqlar yaradaraq onu insan cildinə gətirir və Eriklə birgə qalır. Erik və Ariel evlənirlər. Onların bir qız övladı Melodi dünyaya gəlir. Amma Ursulanın bacısı Morqana intiqam almaq üçün onları ayrı salmaq üçün müxtəlif planlar hazırlayır. Sonda Erik onu məhv edir və ailəsini xilas edir. Cizgi filmin ilk seriyasında Kristofer Daniel Barners tərəfindən səsləndirilir.

Sebastian - Kral Tritonun köməkçisi olan qırmızı Yamayka əqrəbidir. Tam adı Horatio Telonius İqnatus Krustasesus (Horatio Thelonius Ignatius Crustaceus Sebastian) kimi səslənir. Bəzən problemlər yaradır, bəzən də köməkçi olur. Cizgi filmində Semuel E. Barners tərəfindən səsləndirilir.

Flaunder - Arielin ən yaxşı dostudur. Ən dar günündə Arielə köməkçi olur. Adına baxmayaraq Kambala balıq olmayıb, Tropik balıqlar növünə mənsubdur. Cizgi filmin ilk seriyasında Ceyson Marin tərəfindən səsləndirilir. 1989-cu ildə çıxarılmış "Sebastian From The Little Mermaid" adlı albomda Flaunderin səsini yenidən Ceyson Marin səsləndirir.[1]

Kral Triton - "Dəniz kralı" və Arielin atasıdır. Onun yeddi qızı vardır. Həyat yoldaşı vəfat etdikdən sonra mahnının səslənməsinə qəti olaraq icazə vermirdi. Amma buna baxmayaraq Ariel çoxlu israr sayəsində arzusuna çatır və Kral Triton mahnıya icazə verir. Cizgi filmin ilk hissəsində Arieli insan dünyasından ayırmağa çalışır. Amma sonda qızının qəlbini sındırmamaq üçün onun Şahzadə Eriklə evlənməsinə icazə verir. Cizgi filmin ilk seriyasında Kennet Mars tərəfindən səsləndirilir.

Ursula - "Dəniz sehrbazı" və Morqananın bacısıdır. "Ursula" personajının prototipi "Divayn" adlı ifaçıdır. Dənizdə hakimiyyəti ələ keçirmək üçün uzun müddət mübarizə aparır, lakin bunu bacarmır. Cizgi filmdə hakimiyyəti ələ keçirsə də, ona Şahzadə Erik mane olur və məhv olur. Cizgi filmin ilk seriyasında Pet Kerrol tərəfindən səsləndirilir.

  1. "Entertainment Weekly article about Sebastian's second album". 2009-02-10 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2012-10-02.