Lathyrus miniatus (lat. Lathyrus miniatus) — fəsiləsinin güllücə cinsinə aid biki növü.
Kiçik gülülcә | ||||
---|---|---|---|---|
Elmi təsnifat | ||||
Domen: Klad: Ranqsız: Aləm: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Dəstə: Fəsilə: Yarımfəsilə: Triba: Cins: ???: Kiçik gülülcә |
||||
Beynəlxalq elmi adı | ||||
|
||||
|
Türkiyədən İrana qədər ərazilərdə yayılmışdır.[1]
Kiçik gülülcә - Lathyrus miniatus Bieb. ex Stev. (L. rotundifolius Willd. subsp. miniatus (Bieb. ex Stev.) P.H. Davis)
Gövdəsi düz və ya qalxan, ilişən, əsasından budaqlanmış, şırımlı, 2 enli yaşıl qanadları olan çoxillik çılpaq ot bitkisidir. Yalançı zoğları yarımoxşəkillidir, uzunsovneştərvari və yaxud neştərvaridir, qısa sivriləşmişdir, saplaqdan 2-3 dəfə qısadır, bəzən isə ona bərabər olur. Saplaq ensiz qanadlı olub, uzunluğu 3 (4) sm-ə qədərdir, sonu sadə və ya budaqlanmış bığcıqlarla qurtarır.
Yarpaqları bir cütdür; yarpaqcıqlarının uzunluğu 3-6 (7) sm, eni (1,5) 2-3 (4) sm-dir, düzgün ellipsvaridir, təpə hissəsinə və qaidə hissəsinə doğru bir ölçüdə daralandır, təpə hissədə dəyirmi, küt və ya sivridir, qısa sonluqludur, nadir hallarda uzunsov-ellipsvaridir, uzunluğu enini 2-3 dəfə üstələyir, yumurtavari, enli-yumurtavari və ya əksinəyumurtaşəkillidir.
Salxımlar birtərəflidir. Çiçək saplağı yarpaqlardan biraz və yaxud iki dəfə uzundur, 3-10 ədəd çiçəyi vardır. Tacın uzunluğu 15-20 mm, çəhrayıdır; yelkən köndələn dəyirmi-ovaldır, təpə hissədə girintili-çıxıntılıdır, qanadlardan qısadır; qanadlar qayıqcıqdan uzundur.
Paxlameyvələr xətvaridir, düz, sıxılmış və çılpaqdır, uzununa torvari-damarvaridir, qəhvəyi rəngdədir, uzunluğu 5-7 sm, eni 6-9 (10) mm-dir. Toxumlar 8-10 ədəddir, dəyirmitillidir, tünd qonur rəngli və az qabarıqdır, uzunluğu 4-5 mm-dir.
May-İyul
(İyul)-Avqust
Azərbaycanın meşəli rayonlarının hər yerində. Aşağı və əsasən orta dağ qurşağında (1800 m-ə qədər d.s.y.- də), bəzən ovalıqlarda.
Meşələrdə, kolluqlarda, meşənin kənarlarında, talalarda, dağ çəmənlərində çınqıl çaqıl daşlı çayların yataqlarında əkin sahələrində, dincə qoyulmuş torpaqlarda alaq kimi rast gəlinir.
Yem bitkisidir, yarpaqlarında 131,9 mq % C vitamini vardır, balverən bitkidir.
İkiləpəlilər ilə əlaqədar bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |