Kiçik kurqan — coğrafi adı Ağcabədi rayonunda, Kamiltəpə yaşayış yerində qeydə alınıb.
XX əsrin 50-cı illərinin sonunda aparılan arxeoloji qazıntılar zamanı Kamiltəpənin yaxınlığında e.ə. VII əsrin II yarısına aid olan Kiçik kurqan yaşayış yeri müyyən olundu. Bu ərazidəki açılan qəbirlərdən insan skeleti, at kəlləsi, tunc yüyən, zınqırov, boz və qara rəngli şirələnmiş qab-qacaq, əqiq, ox ucu, sümük və müxtəlif bəzək əşyaları tapılıb. Kurqanın ərazisi kiçik olduğu üçün bu coğrafi ad Kiçik kurqan adlanmışdır.[1]