Kiçiktoxum bilakunariya

Kiçiktохum bilаkunаriyа (At boyanası) - (lat. Bilacunaria microcarpa)

Qısa morfoloji

[redaktə | mənbəni redaktə et]

Çoxillik, hündürlüyü 100-150 sm, çılpaq, bəzən qısatüklü, möhkəm, gövdəsi qabırqalı, qarşılıqlı və ya köbəvari budaqlı bitkidir. Kökyanı iri yarpaqları uzunsov-yumurtavari, uzun saplaqlı, gövdəyanı yarpaqları nisbətən kiçik oturaqdır, 2-6 sm ölçüdə hissələrə bölünmüşdür. Çətirləri 7-12 şüalıdır. Sarği və sarğıcıqların yarpaqcıqları qısa, düz lansetvari, ücubiz, ləçəkləri sarıdır. Meyvələri 3–5 mm uzunluqda, uzunsovkürəvari, yoğun alçaq ziyilvari qabırqalıdır.[1]

BQ Quba sahəsi, Samur-Dəvəçi və Xəzər sahili ovalıqları, Abşeron, Qobustanın rayonlarında arandan orta dağ qurşağına kimi yayılmışdır. Quru gilli, daşlı yamaclarda bitir.[2]

  1. Validə M. Əlizadə, Naibə P. Mehdiyeva,Vüqar N. Kərimov, Aidə Q. İbrahimova BÖYÜK QAFQAZIN BİTKİLƏRİ (Azərbaycan) Bakı 2019
  2. Флора Азербайджана. Баку: Изд. АН Азерб.ССР, 1950-1961, Т. I-VIII.