Kia Motors Slovakia

Kia Motors Slovakia — Koreyanın Kia Motors şirkətinə məxsus olan avtomobil zavodu. Avtomobil zavodu Slovakiyanın Jilina şəhərində yerləşir. Zavodun tikintisinə 2004-cü ilin oktyabrında başlanılmışdır. Artıq 2005-ci ilin dekabrında tikinti işləri tam olaraq bitir. 2006-cı ilin iyununda zavod test rejimində işə salınır. 7 dekabr 2006-cı ildə ilk avtomobil koveyrdən alınır[2].

Kia Motors Slovakia
Ümumi məlumatlar
Tipi Kia Motors şirkəti
Sənaye avtomobil istehsalı[d]
Məhsulu Avtomobil
Təsis tarixi 13 fevral 2004-cü il
İqtisadi göstəriciləri
Ümumi gəliri
  • 5.186.000.000 € (2018)[1]
Xalis mənfəəti
  • 240.700.000 € (2018)[1]
Struktur
İşçi sayı
  • 3.600 nəf.
Ana şirkət Kia
kia.sk/index.php
Kia cee'd
Kia Sportage
Hyundai ix35

Şirkətdə aşağıdakı avtomobil modellərini istehsal edilir[3]:

Zavodun istehsal gücü il ərzində 300 min avtomobildir. 2008-ci ildə Kia Motors Slovakia zavodunda 201 507 avtomobil buraxılmışdır. Bu isə 2007-ci ilə nisbətdə 38 % çoxdur. 2006-cı ildən 2008-ci ilə qədər konveyrdən 360 623 avtomobil buraxılmışdır. Kia Motors Slovakia şirkəti Slovakliyada yeganə mühərrik istehsalçısıdır. zavodda dörd növ mühərrik istehsal edilir: Benzinli mühərrik (1,4 l və 1,6 l) və Dizel mühərriki (1,6 l və 2,0 l). 2008-ci ildə mühhərik istehsalı 176 126 ədəd təşkil etmişdir. Bu isə 2007-ci ilə nisbətdə 2008-ci ildə 54 % olmuşdur. 2008-ci ildə şirkətdə 2 700 nəfər işləyirdi. Şirkətin 2008-ci ilə olan gəliri 1 504,6 mln Slovakiya kronu təşkil etmişdir. Bu isə 2007-ci ilin analoji dövründən 69 % çoxdur[3].

2009-cu ildə zavodun konveryrindən 500 mininci avtomobil buraxılmışdır. Bu ağ rəngli Kia cee’d_sw markalı, mexaniki ötürmə qurğusuna sahib avtomobil olmuşdur. Bu maşın Martin şəhərində olan transplantologiya mərkəzinə verilmişdir. 15 yanvar 2010-ci ildən etibarən zavodda Hyundai ix35 modeli buraxılmağa başlanılır. Bu zavodda buraxılan 3-cü model olur[4].

2009-cu ildə Kia Motors Slovakia 150 000 avtomobil buraxır. Bunun 38 % Kia cee’d modelinin beş qapılı versiyası olur. Həmin ildə istehsal edilən avtomobillərin 21 %-dən çoxu Rusiya bazarına göndərilmişdir. 2009-ci ildə Kia Motors Slovakia 243 000 mühərrik istehsal etmişdir. Bu isə 2008-ci ilə nisbətdə 37 % çoxdur. Çexiyanın Novoşiv şəhərində yerləşən Hyundai Motor Manufacturing Czech zavodunda yeni mühərrik təchizatı səbəbiylə zavod tərəfindən həyata keçirilən üç növbəli əməliyyat sayəsində istehsal edilən mühərriklərin sayı əhəmiyyətli dərəcədə artdı. Bununla yanaşı əvvəllər istehsal olunan mühərriklərdən əlavə, yeni 1,4 litrlik dizel mühərriklərinində istehsalına başlanılmışdır[4].

  1. 1 2 https://www.coface.cz/content/download/186543/3096111/file/CER-CZ-CEE_Top_500_2019_booklet.zip. Compagnie Française d'Assurance pour le Commerce Extérieur, 2019.
  2. "First Kia cee'd cars roll off Slovakia production line" (ingilis). 07.12.2006. 2012-03-28 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2010-02-25.
  3. 1 2 "2008 Annual report Kia Motors Slovakia, s.r.o." (PDF) (ingilis). 2012-03-28 tarixində orijinalından (pdf) arxivləşdirilib. İstifadə tarixi: 2010-02-25.
  4. 1 2 3 "Kia Motors Slovakia produced more than 500,000 vehicles and launches the volume production of a new model Hyundai ix35" (ingilis). 15.01.2010. 2012-03-28 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2010-02-25.