Kimberli yaylası

Kimberli yaylasıAvstraliyanın şimal-qərbində yerləşən yayla. Hündür nöqtəsi - Ard dağı (9363963637444427m).

Ümumi məlumat

[redaktə | mənbəni redaktə et]

Kimberli yaylası Avstraliyanın şimalında yerləşir. Bu, qurunun kanyonlarla parçalanmış, şəlalələrlə, yarımsəhra və yağışlı meşələrlə zəngin olan, demək olar ki, düzgün kvadrat formalı ərazidir. Arxeoloji tədqiqatlar sübut edir ki, insanlar burada hələ 18 min il bundan əvvəl yaşamışlar, lakin bu ərazidə əhalinin sıxlığı heç vaxt yüksək olmamışdır. Kimberli yaylasında yerləşən Banql-Banql silsiləsinin ərazisi Purnululu parkı tərəfindən mühafizə olunur. Ölkənin bu ərazisi Avstraliya əhalisinə təxminən XX əsrin 80-ci illərinə qədər demək olar ki, məlum deyildi. Milli park ərazisində turistlərə bir çox marşrutlar təklif olunur. Yumşaq qumdaşından əmələ gəlmiş və hündürlüyü 250 m olan dağları səyahət etmək üçün xüsusi cığırılar və çayların qurumuş dərələrindən istifadə olunur; Pikkaninni kanyonu boyu 2 günlük səyahət dərin, su ilə doldurulmuş quyu və müxtəlif qaya törəmələri boyunca davam edir.

Kimberli ərazisinin bir hissəsi 350 mln. il bundan əvvəl dəniz dibi olmuş və çəkilərək, özündən sonra uzunluğu 1000 km olan nəhəng əhəngdaşı rifi qoymuşdur. Çaylar əhəngdaşında yarğanlar əmələ gətirmiş, daşları yonmuş və aborigenlərin məskunlaşdığı mağaralar əmələ gətirmişdir. Bu landşaftlar 3 milli parkda; Qeyki-Qorj, Tanel-Krik və Uindyana-Qorj Milli Parklarında mühafizə olunur. Parkların adları turistlərin səyahət edərək qayaları, aborigenlərin incəsənət nümunələrini, yallı timsah, quşlar və müxtəlif heyvanları müşahidə edə biləcəkləri kanyonların adlarından götürülmüşdür. Tanel-Krik Milli Parkı öz mağaraları ilə məşhurdur, belə ki, bu mağaralarda gəzinti şirin suda yaşayan timsahların da yayıldığı buz kimi soyuq su üzrə həyata keçirilərək, turistdən xüsusi fiziki dözüm tələb edir.