Bu məqaləni vikiləşdirmək lazımdır. |
Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. |
Kalium Ərəbcə al-qili – "kül", həmçinin nəsə közərdilmiş deməkdir. Bitkilərin külündən alınan məhsul – kalium karbonat da belə adlandırıldı. O vaxtdan kəndlərin sakinləri bitkiləri kalium ilə qidalandırmaq üçün belə küldən istifadə edirlər; məsələn, günəbaxan bitkisinin külündə 30%-dən çox kalium var. Ərəb sözündən (artiklsiz) "kalium" adı alınmışdır. Elementin belə adı "kaliy" rus dilində, kaliyum serb dilində, kalium makedon dilində, kalij sloven dilində adlanır. Elementin ingiliscə adı (potassium) german dili qrupu dillərindən götürülmüşdür. İngilis ash – "kül", pot – "dipçək", almanca uyğun olaraq Asche və Pott, holland dilində as və pot, yəni potaş – "dipçəkdən kül".
Bu adlar bütün dillər üçün ümumidir, latın radius – "şüa" və ya radiare – "şüa buraxmaq" sözündəndir. Pyer Küri və Mariya Küri radiumu kəşf edərək onun görünməyən hissəciklər buraxması xassəsini müəyyən etdilər. Radium parçalandıqda radioaktiv qaz alınır ki, onu radiumun emanasiyası (latınca emanatio – "axmaq") sonra radon adlandırmışlar.
Ingilis fiziki və kimyaçısı Uilyam Kruks (1832–1919), spektral analiz sahəsində mütəxəssis sulfat turşusu istehsalı tullantılarını analiz edərək 1861-ci ilin martın 7-də öz laboratoriya jurnalında yazmışdır: "spektdə selen qalıqlarının bəzi paylarının verdiyi yaşıl xətt nə kükürd, selen, tellur, nə kalsium, barium, stronsium, nə də kalium, natrium, litium tərəfindən yaranmayıb". Həqiqətən bu, yeni elementin xətti idi və onun adı yunan thallos — "yaşıl qanad" sözündəndir. Yeni elementə ad seçərkən Kruks özünü tam romantik göstərmişdir: "Mən bu adı seçirəm, çünki, yaşıl xətt spektrə və bitkilərin təzə rənginin spesifik parlaqlılığına uyğun gəlir".
Bu radioaktiv elementlərə ad radium ilə analoji olaraq verilmişdir: yunanca aktis – "şüa", həmçinin, "şəfəq saçma, şölmə saçma" deməkdir. Aktinium fransız fiziki və fizikikimyaçısı Andre Lui Debern (1874–1949) tərəfindən 1899-cu ildə uran parıltısında kəşf olunmuşdur. Güclü radioaktivlik səbəbindən o, qaranlıqda işıqlanır. Protaktinium aktiniumdan çox sonra kəşf olunsa da (həm də asılı olmadan bir neçə tədqiqatçı tərəfindən), aktiniumun təbii radioaktivlik sırasında (uran-235-dən başlayır) protaktinium əvvələ yerləşir; onun adı da buradandır, yunan protos – "birinci, ilkin, başlanğıc" deməkdir. Samarium. XIX əsrin 40-cı illərinin ortasında Dağ Mühəndisləri Korpusunun ştabının rəisi Vasili Evqrafoviç Samarski – Bıxovets (1803–1870) alman kimyaçısı Henrix Rozeyə (1795–1864) tədqiqat üçün İlmen dağlarında tapılmış qara ural mineralını vermişdir. Bundan bir qədər əvvəl bu mineralı Henrixin qardaşı, alman mineroloqu və kristalloqrafı Qustav Roze (1798–1873) analiz etmişdir və onu uranotantal adlandırmışdır. Henrix Roze təşəkkür əlaməti olaraq mineralın adını dəyişməyi və onu samarskit adlandırmağı təklif etdi. Samarskitdə yeni elementin olmasını yalnız 1879-cu ildə Lekok de Buabodran sübut etdi və bu elementi samarium adlandırdı. Bu birinci hadisə idi ki, kimyəvi element real insanın adı ilə adlandırılırdı.
1794-cü ildə fin kimyaçısı və mineroloq Yuxan Qadolin İtterbyu yaxınlığında tapılmış mineralda naməlum metalın oksidini kəşf etdi. 1879-cu ildə Lekok de Buabodran bu oksidi "qadolin torpağı" (Gadolinia) adlandırdı. 1880-ci ildə spektral analiz ilə sübut olundu ki, oksiddə yeni element var və bu qadolinium adlandırıldı.
1953-cü ildə ABŞ-nin 1952-ci ildə həyata keçirdiyi termonövə partlayışının məhsullarında iki yeni elementin izotopları aşkar olundu. Bu elementlər sonradan fermium və eynşteynium adlandırıldı. İtaliya fiziki Enriko Ferminin (1901–1954) və Albert Eynşteynin (1879–1955) şərəfinə.
Bu ilk kimyəvi elementlərdir ki, 1860-cı illərin başlanğıcında alman fiziki Qustav Robert Kirxqof (1824–1887) və alman kimyaçısı Robert Vilhelim Bunzen (1811–1899) özlərinin yaratdıqları spektral analiz üsulu ilə kəşf olunub. Sezium spektrdə parlaq — mavi (latınca caesius — "mavi") rubidium spektrin qırmızı hissəsindəki xətlərə görə (latınca rubidus -"qırmızı") adlanmışdır. Onu xatırlamaq lazımdır ki, yeni qələvi metalların bir neçə qram duzunu almaq üçün tədqiqatçılar 44 ton Bad — Dürkxaym duz mənbəyindən mineral su və tərkibi K(Li, Al)3 (Si, Al)4O10 (FOH)2 olan alümoslikat — lepidolit 180 kq-dan çox istifadə edilmişdir. Bu Slikatın tərkibində rubidium və seziumun oksidləri əlavə kimi iştirak edir.
Bu elementlərin latınca adları yunan sözlərindəndir: Hydrogenium — "su doğuran" (hydor — "su", genes — "doğuran, doğulmuş") Oxygenium — "turşu doğuran" (oxys — "turş"). Bu adları (necə ki, çoxlu başqaları kimi) 1787-ci ildə rasional kimyəvi nomenklaturanı işləyib hazırlamış fransız kimyaçıları Antuan Lozan Lavuaze, Lui Bernar Qiton de Morvo (1737–1816), Klod Lui Bertolle və Antuan Fransua de Furkrua təklif etmişlər. Onlar səhv olaraq hesab edirdilər ki, oksigen bütün turşuları "doğurur". Əksini düşünmək daha məntiqli olardı — oksigeni hidrogen adlandırmaq (axı bu element suyu "doğurur"), hidrogeni isə oksigen adlandırmaq, çünki, o, bütün turşuların tərkibinə daxildir (daha dəqiqi Brensted — Lovri turşularının). 1808-ci ildə bu mövzuda ingilis kimyaçısı Qemfri Devi yazdığı kimi "fransız nomenklaturası turşuluğun daşıyıcısı kimi xarekterizə etdiyi cisim eyni qaydada qələviliyin daşıyıcısı kimi də qəbul oluna bilər". Həqiqətən də, müstəsnalıq olmadan oksigen bütün qələvilərin hamısının tərkibinə daxildir.
Maraqlıdır ki, hidrogeni ilk dəfə olaraq hələ 1671-ci ildə ingilis fiziki və kimyaçısı Robert Boyl (1627–1691) təsvir etmişdir. O, dəmir yonqarlarını turşuda həll edərək bu qazı almışdır və onu "Marsın uçucu kükürdü" adlandırmışdır (kükürd yanarlığın daşıyıcısı – müharibələr allahı Mars isə dəmir ilə eyniləşdirilirdi).
Hidrogen yeganə elementdir ki, izotoplarının öz adı var; 1H — probium (yunanca probos — "birinci"), 2H(D) – deyterium (yunanca deuteros — "ikinci"), 3H(T) — tritium (yunanca tritos — "üçüncü").
Kimyaçılarda Hibbs soy adı bir mənalı olaraq termodinamikanın əsasını qoyanlardan biri, amerika alimi Cozay Uillard Hibbsin (1839–1903) adı ilə assosiasiya olunur. Lakin, hibbsit mineralı – alüminium hidroksid 1822-ci ildə digər alimin, mineroloq Corc Hibbsin (1776–1833) şərəfinə adlandırılıb. O, öz səyahətlərindən ABŞ-yə o vaxt üçün ən böyük və 20 minə qədər nümunə olan kolleksiya gətirmişdir (Yel Universitetinə satılmışdı). Hibbsitin digər adı hidrarqillitdir; bu mineralın civəyə heç bir aidiyyəti yoxdur (latınca hidrargyrum): ad yunan hydor – "su" və argilas – "ağ fil" sözlərindəndir. Dağ suxuru arqillitin də adı eyni mənşədəndir. Hibbs reagenti isə — 2,6 — dixlorxion — 4 — xlorimid kağız və nazik təbəqəli xromatoqramları aydınlaşdırmaq üçün istifadə olunur; o, daha bir Hibbsin – Harri Dreyk Hibbsin (1872–1934) adı ilə adlandırılıb.
Hollandit (hollandite) mineralı Ba(MnIV, MnII)8O16 ABŞ-da, İsveçdə, Hindistanda geniş yayılıb, amma Hollandiyada yox. Və o, ingilis, Hindistan geoloji – kəşfiyyat xidmətinin direktoru ser Tomas Henri Xollandın (1868–1947) şərəfinə adlandırılıb.
Butlerit mineralı (ingiliscə butlerite) FeIIISO4(OH)·2H2O 1928-ci ildə Amerika geoloqu Karl Lausen tərəfindən kəşf olunub, Arizona Universitetində olan Amerika geoloqu Monteqyu Batlerin (1881–1961) şərəfinə adlandırılıb. Lausen həmin ildə yaxın tərkibli yeni mineralı Fe2III(SO4)3·6H2O kəşf etdikdə məhz Batler təklif etmişdi ki, bu mineral Lausenin şərəfinə lausenit adlandırılsın. Necə deyərlər Batler Lausenin borcunu qaytarmışdır.
Vaqnerit mineralı Mg2PO4(F, OH) alman kompozitoru Vaqnerin şərəfinə yox, filiz yataqlarının müfəttişi F. M.fon Vaqnerin (1768–1851) şərəfinə adlandırılıb.
Vısoskit mineralı (Pd, Ni)S 1962-ci ildə Geoloji İnstitutun (İQEM) əməkdaşları A. D. Qenkin, İ. V. Muravyova və N. V. Tronova tərəfindən tapılıb və dağ mühəndisi Nikolay Konstantinoviç Vısotskinin (1864–1932) şərəfinə adlandırılıb. O, Norilsk qrupu yatağında ilk dəfə olaraq platini tapıb.
Əvvəllər bu termin yalnız alüminium kalium zəylərinə aid idi. Onları təbii minerallardan alırdılar, bu məqsəd üçün ən yararlı olan təbii mineral isə alunit idi. KAl3(SO4)2(OH)6. Təbii aluniti adətən rəngsiz kristallar şəklində tapırdılar və romalılar onu alumen adlandırırdılar. Alüminium elementinin müasir adı da bu sözdən yaranıb. Alunitdən alınan zəylər şirintəhər-turş büzücü dada malik idi, buradan da onların slavyan dillərində adları yaranmışdır; məsələn, rus dilində "kislota" (azərbaycan dilində "turşu") polyak dilində – kwas; rus sözü "zakvaska" (azərbaycanca "maya") – turş qıcqırma yaradan maddə deməkdir.
Bu çöküntü dağ suxurunun adı alman Kiesel – "çaxmaq daşı" və Guhr – "boş torpaq çöküntüsü" sözlərindəndir.
Alüminiumun kristallik oksididir Al2O3. Rus dilinə bu bərk mineralın adı alman dilindən keçib. Avropa dillərinə isə bu söz Hindistandan gəlib. Hindistanda ənənəvi olaraq rubinlər çıxarılırdı; sanskritdə "rubin" – kurivinda, tamil dilində isə kurundam adlanırdı. Rubin – xrom əlavələri ilə rənglənmiş korunddur. "Najdak" (əlavələri olan korund) sözü isə çox güman ki, rus dilinə türk dilləri vasitəsilə iran dillərindən keçmişdir. Olduqca möhkəm silisium karbid SiC karborund adını almışdır – "karbo" və "korund" sözlərindən qısaldılmış şəkildə yaranıb.
Qeyd edək ki, rus dilində "najdak" azərbaycan dilində sumbata deməkdir.
Çexit mineralı PbFeIIVO4(OH) Praqadakı Karlov Universitetinin mineroloqu Frantişek Çexinı (1929–1995) soy adı ilə adlandırılıb. Çexit ilə çexoviçiti (Bi, Pb, FeII)2Te4O11 səhv salmaq olmaz. Çexoviçit adını Alma-Atadan olan mineroloq və geoloq Sergey Konstantinoviç Çexoviçin soy adından alıb.
Çildrenit mineralı FeIIAlPO4(OH)2×H2O 1823-cü ildə kəşf olunub və ingilis kimyaçısı və mineroloqu Con Corc Çildrenin (1777–1852) soy adı ilə adlandırılıb.
Şumaxerit mineralı Bi3O(VO4)2(OH) Bonn və Frayberq Universitetlərində minerologiya professoru olmuş Fridrix Şumaxerin (1884–1975) şərəfinə adlandırılıb.
Dvornikit (nikelin sulu sulfatı NiSO4 · H2O) qəribə adlı mineral istənilən şəhər üçün vacib olan peşə ilə ümumi heç nəyə malik deyil. O, ABŞ-nin Geologiya İdarəsindən olan mineroloq Eduard Dvornikin (1920–2004) şərəfinə (o, ay suxurlarının tədqiqatçısı olmuşdur) adlandırılıb.
1987-ci ildə kəşf olunmuş civə mineralı kadırelit Hg4(Br, Cl)2O Çeçen Respublikasının prezidentinin şərəfinə yox, Tuvadakı Kadırelsk yatağının adı ilə adlandırılıb.
Mineral kobellitin Pb11(Cu, Fe)2(Bi, Sb)15S35 itlərə heç bir aidiyyəti yoxdur, o, 1839-cu ildə Bavariya mineroloqu və şairi Volfqanq Frans fon Kobellin (1803–1882) şərəfinə belə adlandırılıb. Yeri gəlmişkən, onu adlandıran İsveç mineroloqunun soy adı Setterberq olmuşdur.
Nekrasovit mineralı Cu26IV2(Sn, As, Sb)6S32 1984-cü ildə Özbəkistanda tapılıb və mineroloq, sibir və Uzaq Şərqin yataqlarının tədqiqatçısı, Rusiya Elmlər Akademiyasının müxbir üzvü İvan Yakovleviç Neksasovun (1919–2000) şərəfinə adlandırılıb.