Bu məqaləni vikiləşdirmək lazımdır. |
Xarici şərait dəyişmədikdə sistemin tarazlıq halı uzun müddət sabit qala bilər. Xarici şərait dedikdə temperatur, təzyiq (maddələr qaz halında olduqda) və maddələrin qatılığı nəzərdə tutulur. Bunlardan birini dəyişdikdə tarazlıq pozulur və reaksiyada iştirak edən maddələrin qatılığı yeni tarzlıq halı yaranana qədər dəyişir. Yeni yaranan tarazlıqda qatılıqların qiyməti əvvəlki qiymətindən fərqlənir.
Sistemin bir tarazlıq halından digərinə keçməsinə tarzlığın yerdəyişməsi deyilir. Xarici şəraitin kimyəvi tarazlığa təsiri Le-Şatelye prinsipi ilə müəyyən edilir. Bu prinsip aşağıdakı kimi ifadə olunur:
Tarazlıqda olan sistemə hər hansı xarici təsir göstərilərsə, tarazlıq həmin təsirin azalması istiqamətində yerini dəyişir. Bu zaman yerdəyişmə tarazlıq yaranana qədər davam edir.
Le-Şatelye prinsipinə əsasən reaksiyada iştirak edən maddələrdən birinin qatılığını artırdıqda tarazlıq həmin maddənin qatılığının azalması istiqamətinə yönələr.