Kine teatrı

Kinoteatr kinofilmlərin göstərildiyi ictimai binadır. Kinoteatrın əsas binasında tamaşaçı zalı yerləşir. Bu zalda yerləşmiş böyük ekranlarda (30 m-ə qədər) bütün film növlərinə baxmaq mümkündür. Kinoteatr "kino" və "teatr" sözlərinin birləşməsindən yaranmışdır. Kino yunanca "Kinomotoqraf" sözünün qısaldılmış formasıdır, mənası "Hərkəti çəkmək" deməkdir. Müasir kinoteatrlarda bir neçə tamaşa zalı olur. Onlar kondensionerlərlə və xüsusi səs effekti yaradan texnika ilə təchiz olunurlar. Yüksək keyfiyyətli kinoteatr üçün dibarların və tavanın akusitik tərtibatlarla təchiz olunması səciyyəvidir. Keçmiş SSRİ-də olan kinotaetrlarda 2500–4000- yaxın tamaşaçı yeri nəzərdə tutulurdu. Müasir kiotetralrda isə tutumu 200–300 olan kiçik zallar olur. Film proyektorlarında eni 35 mm olan lent texnikasından istifadə edilir. Xüsusi effektli filmlərin (3D) gösətrilməsi üçün uyğun kinoteatrlar mövcuddur.

Kino tarixindən

[redaktə | mənbəni redaktə et]

Kinonun ixtirası məlum mənbələrə görə Lumiere qardaşlarına məxsusudur. Kinoteatr isə film və tamaşaçı arasında münasibətin formalaşmasından sonra yaranmışdır. XİX əsrin sonunda Maks və Emil Skladanovski qardaşları, Lumiere ailəsi, Vilyiam Dikson və Tomas Edison kimi şəxslərin etdikləri cəhdlər məhz hərkət edən şəkillərin attraksiyon məqsədi üçün yaratmaq məqsədi daşıyıdı.

Film texnikasının inkişafı öncə elmi məqsəd daşıyır. Beləki ingilis Edvard Muibridj (Eadweard Muybridge) 1870-ci ildə atın çapmasını bir neçə kameradan çəkir və bununla o atın hərkəti zamanı müəyyən vaxt anında onun nallarının heç birini yerə dəyməməsini sübut etmək istəyir.

Film texnikasının kommersiya məqsədi ilə tətbiqi ABŞ-də başlayır. Burada Edison gənc ingilis assistentləri olan Villyam Laurie Dikson ilə birlikdə 1891-ci ildə kinoskopu düzəldirlər. Bu qutuda adamlar qısa filmlərə baxa bilirdilər. 1894-cü ilin aprelində Nyu-Yorkda satış mərkəzində beş belə maşın nümayiş etdirilir. Bu maşından sitifadə 25 sent idi. Başqa şəxslər kinonun əsası olan projektor sistemlərinin inkişafı ilə məşğul olurlar. Artı1 1880-ci illərinsonunda İngiltərədə beleə texnikaya rast gəlinir. eyni zamanda bir-birindən asılı olmayaraq Fransada Lumiere qardaşları və Amerikada Tomas Armat tərəfindən bu texnika daha da inkişaf etdiriilir.

1894-cü ildə "Sortie des ouvriers des usines à midi" adı ilə çəkilmiş ilk artıq mövcud deyil. Onun bizə gəlib çatan versiyası 19 mart 1895-ci ilə təsadüf edir. İlk film neqativi kimi kağız götürülmüşdür. Bu film 1895-ci ildə bir neçə dəfə nümayiş etdirilir.

Lumierenin çəkdiyi filmlər üçün eni 1 3/8 dyum olan bir tərəfi selülioznitrat ilə örtülmüş materia götürülmüşdür. Bu material Blair Film Company tərəfindən xüsusi emulsiya qarışığı ilə hazırlanmışdır. Sonralar film neqativləri New York Celluloid Company tərəfindn hazırlanır. Bu laentlərdə deşik sıraları arasındakı məasafə 28 mm idi. Beləliklə, deşiklər arasındakı məsafə 20 mm və onun diametri 3 mm-i təşkil edirdi. Şəklin eni 29–25 mm arasında yerləşirdi.

Sonrakı illərdə 400-ə yaxın film yaradılır. Bunların əksəriyyəti qısa və gündəlik həyat haqqında sənədli filmlər idilər.

İlk ictimai film nümayişi 1 noyabr 1895-ci ildə Berlində "Vinterqarten"-də Skladovski qardaşları tərəfindən həyata keçirilir. 28 dekabr 1895-ci ildə Parisdə Lumière qardaşları da ilk dəfə olaraq "Grand Cafe"-də ilk ictimai film nümayiş etdirirlər. Bir az sonra bu 20 mart 1896-cı ildə Avstriyada da təkrar olunur.

Bu günkü məlumatlara əsasən ABŞ-də Manhettendə ilk film nüamyişi 5 fevral 1894-cü ildə baş vrir.

Lumiere aparatına rəqib olaraq Edison Armt tərəfindən hazırlanmış proyektoru alır və kinoqraf adı ilə patentləşdirir.

O dövrün filmlıri ağ-qara, səssiz idilər. Onların şəkil ölçüsü 18×24 mm həddində idi. Bu filmlər saniyədə 18 şəkil sürəti ilə hərəkət etdirlirdilər. İlk kinoteatrlar atraksion şəklində mövcud olmuşdular. Ona görə də, filmlərin nümayişi adətən yay aylarında aparılırdı.

Elektrikləşmə nəticəsində şəhərlərdə kinoteatrlar geniş yayılmağa başlayır. 1908-ci ildən lukserioz kinoteatr binaların tikintisi vüsət alır. Yeni şəraitdə göstərilən kinolar artıq orkestr və ya piano musiqisi ilə müşayət olunmağa başlayır. 1927-ci ilə qədər yalnız səssiz filmlər movcud idi.

Film yarandığı gündən onu səsləndiməyə can atmışlar.Artıq 1900-cü ildə Fransada keçirilən "Dünya sərgisi"ndə səsli və rəngli film nümayiş etdirilir.Ancaq bu çox baha başa gəldiyindən kommersiya məqsədilə tətbi qolunmur. Nadeltonun film ilə bəraər valdan səs verməklə filmi səsləndirilməsi də qənaətbəxş hesab edilmir.Çünki, bunu filmlə sinxronuzə etmək çətinlik yaradırdı. Lentlərin tez-tez qırılmaıs nətiəsində filmlər getdikcə qısalır və bununla onunla səs arasında olan fərq böyüyürdü.

1926-cı ildə iynə ilə səslənən ilk film yaradılır.Bu film Alan Kroslandın "Don Juan" filmi idi. 1927-ci ildə həmin müəllifi "Jaz müğənnisi" səsli filmi işıq üzü görür. Sonralar bu uğulu film işıq səs lentinə köçürlür. Lentin sol tərəfində eni 2,54 mm olan səs şırımı nəzərdə tutulur. Bu şırımdan keçən işıq səsin tezliyinən və gücündən asılı olaraq foto elemntə təsir edir və nəticədə işıq intensivliyinin dəyişməsi nəticəsində yaranan dəyişən cərəyan səs siqnalına çevrilir. Bu səs gücləndicilərin köməyi ilə kinoteatrın zalına ötürlürdü. Bu sahədə əldə edilən nailiyyət tezliklə geniş yayılır və səsli filmlər səssizi sıxışdırıb çıxarır.

Azərbaycanda kinoteatrlar

[redaktə | mənbəni redaktə et]