Kinoşünaslıq — kino sənətinin tarixini, kinematoqrafiyanın xüsusiyyətlərini, kino sənətinin komediya, dram, sənədli film, tarixi film və s. kimi müxtəlif növlərini öyrənən peşədir.
Kinoşünaslıq üç yerə bölünür: Kino tarixi, kino tənqidi və kino nəzəriyyəsi.
Kino yarandığı tarixdən (1895) günümüzə qədər istehsal olunmuş filmlərin tarixini öyrənir.
Filmlərin və film mühitinin təhlili və qiymətləndirilməsidir.
Kinonun mahiyyətini, konseptual əsasını öyrənməyə xidmət edir, digər sənət növləri ilə əlaqəsini, bəhs etdiyi həyat hadisələrini, insanlara təsirini aydınlaşdırır.[1]