Kinooperator

  • 1. PAL (Dünyada bu sistem geniş yayılıb.)
  • 2. CCAM (Bu sistem hal-hazırda Fransa işlədir.)
  • 3. MULTYSİSTEM
  • 4. NTS (Bu sistem hal — hazırda ABŞ — da işlədilir.)

PAL sistemi yayımda 625 sətir, NTS sistemi isə yayımda 525 sətir təsvir ötürə bilir.

PAL sisteminin bir — birindən fərqlənən çoxlu qolları var:

  • 1. PAL
  • 2. PAL N
  • 3. PAL M
  • TRANSKADYOR — Bir sistemdən digərinə keçmək üçün istifadə olunan qurğudur.

Video formatlar

[redaktə | mənbəni redaktə et]
  • 1. Yaponiyanın JVC şirkətinin istehsalı olan VHS (Video home sistem) formatı az da olsa işlədildi.
  • 2. PANASONİC şirkətinin istehsalı olan SVHS (Super video home sistem) formatından 90-cı illərə kimi istifadə olunurdu.
  • 3. Yaponiyanın JVC şirkəti buna qarşı SONY şirkəti üçün BETA (BETACAM) formatını buraxır. BETA formatının SP və LP formaları istehsalata buraxıldı. BETA formatlı kasetlər ən çoxu 30 dəqiqə çəkir. Beta formatı kinodan başqa gözə ən yaxın olan formatdır. Beta formatının B və M kasetləri var. Daha sonra DİGİTAL BETACAM buraxırlar.
  • 4. Məişət (Bitovoy) formatı: Bu formatlı sistem ev və məişətdə istifadə üçündür.

DVCAM iki formatlıdır: DVCAM (Sony şirkətinin istehsalı) və MİNİ DVCAM (Jvc şirkətinin istehsalı). DVCAM peşəkar sistemdir, amma bu TV üçün uyğun format deyil. Bu sistem ancaq Productionlar üçündür və ən ucuz sistemdir. MİNİ DV — JVC şirkətinin məhsuludur. PANASONIC şirkəti bu yaxınlarda DVD formatını istehsal edib. SONY şirkəti HD FİNİSH formatını buraxıb. HD FİNİSH kinoya yaxındır(900, 300, 170 DC). SONY şirkətinin HD FİNİSH CİNEMA sistemi də kinoya yaxın formatdır.

  • Kameralar üç növə bölünürlər və Kamkoder adlanır:
  • 1. Monobloçnı (Bütöv) kamera — Bu kameralar bir korpuslu olduğundan hissələrə ayrılmırlar.
  • 2. Ruçnoy monobloçnı kamkoder (MİNİ DVCAM formatı ilə).
  • 3. Razyomnu (Ayrılma) monobloçnı kamera — Bu kameraların maqintafon və optika hissəsi ayrılır.
  • Obyektiv istehsal edən şirkətlər:
  • 1. CANON
  • 2. FUJİNO
  • 3. FUDJİ

Kameranın birinci dərəcəli (əsas) hissələri

[redaktə | mənbəni redaktə et]
  • Kameranın əsas hissələri:
  • 1. OBYEKTİV hissəsi
  • 2. KAMERA hissəsi
  • 3. MAQİNTAFON hissəsi

Kameranın ikinci dərəcəli hissələri

[redaktə | mənbəni redaktə et]
  • Kameranın ikinci dərəcəli hissələri:
  • 1. AKKUMLYATOR hissəsi
  • 2. VAYFİNDER (Video iskatel) — İndi bununla bərabər kameraya şirkətlər əlavə olaraq LCD Monitor da qoyurlar, amma bununla balans tutmaq düzgün deyil. Balans tutarkən monitor operatoru çaşdıra bilər. Monitor ancaq çəkilən materiala yerindəcə baxmaq üçün qoyulub.

Kameranın obyektivinin hissələri

[redaktə | mənbəni redaktə et]
  • Obyektiv bir neçə hissəyə ayrılır:

Obyektivdən sonra PZS (üç rəngi qəbul edən hissə) gəlir.

  • 1. Birinci halqa-Fokus halqası gözdəki xrustalniyin rolunu oynayır.
  • 2. İkinci halqa — Transfokator halqası xrustalniyin obyektivi yaxınlaşdırıb, uzaqlaşdırmaq rolunu və ya obyektivi böyüdüb, kiçiltmək rolunu oynayır.
  • 3. Üçüncü halqa — Diafraqma halqası işiğın gücünü azaldıb, çoxaltmaq üçündür.
  • OPTİKA ilə MATRİÇA arasında filtirlər yerləşir. Optikaların qabağında qapağı da olan BLENDA (kvadrat şəklində olan hissə) durur.

BLENDA — nın iki funksiyası var:

  • 1. Blenda linzaları mexaniki təsirlərdən qoruyur.
  • 2. Blenda linzaların üstünə işiğı düşməyə qoymur, işiğı qabağdan ötürür.
  • Əgər obyektiv 70 dərəcədən artıq görmə qabliyyətinə malikdirsə, belə obyektivlər Rıbnoy qlaz (balıq göz) adlanır və bu cür obyektivlər qeyri — normal obyektiv sayılır. Hər obyektivin özünün Kratmıstı olur, yəni obyektivin yaxınlaşdırma qabliyyəti (12, 16, 20) olur.

Kameranın idarəetmə bloku

[redaktə | mənbəni redaktə et]
  • Obyektivin sağ tərəfində yerləşən İDARƏETMƏ BLOKU — da nələr yerləşir:
  • 1. REC — ZAPİS.
  • 2. TRANSFOKATOR — nayezd və otyez klavişi.
  • 3. MEMORY CARD — Foto rejimdə şəkil çəkmək üçündür.
  • 4. FOTO KLAVİŞ — də idarəetmə blokunda yerləşir.

Kameranın köməkçi avadanlıqları

[redaktə | mənbəni redaktə et]
  • 1. ŞTATİV (İngiliscəsi — TRİPOD) — Bu qurğu statik çəkilişlər zamanı kameranın tərpənməməsi üçün istifadə olunur. Ştativin üst hissəsində yerləşən kameranın otuzdurulduğu hissəni kameraya uyğun dəyişmək olur. Ştativin alt hissəsi sayılan Ştativniy Rastyoşka düz yerdə çəkiliş aparmaq üçün ştativin ayaqlarına keçirilir. Şəraitə uyğun olaraq bu hissə çıxarıla da bilər. Ştativin hündürlüyü üç dizlidir. Ştativlər Pro 5 və Pro 9 — dur.
  • Ştativ istehsal edən şirkətlər:

a) Zaxtler, Monfrotta — Ən yaxşı ştativləri bu şirkətlər buraxır. Monfrotta şirkətinin istehsal etdiyi Teleskapskiy ştativlərinin ayaqları bir — birinin içindən çıxır.

b) Vinten şirkətinin istehsal etdiyi Vıdvıjnoy ştativlərdən də istifadə olunur.

  • 2. VETRAVİK — Mikrafon üzərinə örtülmüş küləyi boğan macalkadan olan hissədir.
  • 3. SPEKTR — Kameranın üzərində yerləşən işıqa spektr deyilir.

Çəkiliş vaxtı 3200–5000 — lik lampalar sarı, 5000 — dən yuxarı olan lampalar isə ağ işıq verir. 250 DVCAM — la çəkilişlər aparmaq üçün 20–35 vatt, BETECAM — la çəkiliş aparmaq üçün isə 30–50 vatt işıq lazımdır.

  • 4. KÖMƏKÇİ İŞIQLAR:

a) Raseyni işıq — Bu işıqdan otaq şəraitində çəkilişlər aparmaq üçün istifadə olunur.

b) Napravlınnı işıq — Bu işıqdan çəkilişlər zamanı bəzi cizgiləri işıqlandırmaq üçün istifadə olunur.

5. ARKAZOL — Kameranın işığının qabağına kameranın işığının rəngini ağ verməsi və yayması üçün vurulan parçadır. Video ağ, kino isə sarı işığı sevir.

6. STDECAM — Çəkiliş zamanı kameranın tərpənməməsini tənzimləyən sistemdir. Bu sistemlə hər bir yerdən və hər cür çəkiliş aparmaq olur, sadəcə olaraq bunu lazımlı yerə bərkidmək lazımdır.

  • 7. STRELA — Bu çəkiliş texnikası ilə operator krandan fərqli olaraq ancaq sağa — sola və yuxarı — aşağı istiqamətlərdə çəkiliş apara bilər.
  • 8. KRAN — Bu texnika ilə operator hər cür formada çəkiliş apara bilər. Operator lazım gələrsə kranın üzərində oturaraq çəkiliş də apara bilir. Kran istehsalı ilə ABC PRODECS və ZAXTLER şirkətləri məşğul olur.
  • 9. BATAREYA — Batareyalar iki yerə Anton və Sony batareyalarına bölünürlər.

Obyektiv hissələri və idarəetmə hissələrinin funksiyaları

[redaktə | mənbəni redaktə et]
  • FOKUS — Bu obyektivin ilk halqasıdır. Fokus (operatorun gözlükdə gördüyü əl işarəsi foksu bildirir.) obyektivi tənzimləyir və təmiz görüntü almağa kömək edir, bunun üçün operator fokus halqasını lazım olan qədər fırladaraq düzgün görüntünü tənzimləyir. Fokusun Avtomat və manual knopkasından fokusu avtomata keçirib və ya manual keçirib fokusu halqa ilə düzəldə bilərik. (Focus — Avto — Manual — İnfinit knopkası)
  • TRANSFOKATR — Bu obyektivin ikinci halqasıdır. Transfokatrın funksiyası görüntünü yaxınlaşdırıb, uzaqlaşdırmaqdır, yəni nayezd və otyez etməkdir. Transfokatırı obyektivdən halqa ilə idarə etmək olur. Əgər transfokatırı avtamatikə keçirmək istəyiriksə onda obyektivin alt hissəsində yerləşən Ruçnoyu avtomata keçirməliyik. Geri qaytarmaq üçün Ruçnoyu manuala keçirmək lazımdır.
  • DİOFRAQMA — Bu obyektivin üçüncü və lazımlı halqasıdır. Bununla çəkilişdən əvvəl obyektivin açılması işi həyata keçrilir. Obyektivin çəkilişə hazırlanması və rənginin (ağ — qara) tarazlaşdırılması Diofraqma (diofraqma manualda olanda gözlükdə F hərfi görünür, avtomatda olanda heç bir şey görsənmir.) ilə həyata keçrilir.
  • FİLTR — Bu hissə çox vaxt halqa formasında obyektivin üzərində, bəzən də kamera üzərində balaca yarımhalqa formasında hökmən olur. Filtr obyektivin işıqlanma dərəcəsini dəyişir. Filtr halqasını çəkiliş zamanı üç dayanma istiqaməti var bu da çəkilişin vaxtı və şəraiti ilə bağlıdır. Filtr içəri çəkilişlərində (3200 gücündə işıqda) F — 1 — ə qoyulur. Filtr günəş zenitdə olan vaxtı (5600 + DN) F — 3 — yə qoyulur. Filtr normal çöl çəkilişlərində (5600 gücündə işıqda) F — 2 — yə qoyulur.
  • MAKROFOKUS — Obyektivin bu əlavə halqası yaxın məsafəli obyektin fokusunu düzəltmək üçündür.
  • WHİTE BALANS hissəsi — Kameranın balansının tutulması üçün bu hissədən istifadə olunur. Balansı tutmaq üçün ya diofraqmanı əl ilə açırıq, ya da diofraqmanı avtomata atırıq ki, özü açılsın və bundan sonra ağ rəngli hər hansı bir obyektin üzərinə transfokatr vasitəsilə nayezd edirik və white balans knopkasını yuxarı veririk. Əgər bundan sonra ekranda ok işarəsi gəlirsə deməli operator balansı tuta bilib. Balansla əlaqəli A və B balans knopkası da operatorun işini asanlaşdırmaq baxımından çox əhəmiyyətlidir. Ona görə ki, operator əgər iki məkanda çəkiliş aparacaqsa onda o çəkilişdən əvvəl həmin məkanlarda çəkilişə lazım olan balansları əvvəlcədən tuta bilir. Bunun üçün operator ilk öncə birinci harda balans tutacaqsa (məsələn küçəyə) oraya gəlir diofraqmanı açır, A və B balas knopkasını yuxarı A-ya qaldırır, nayezd edərək white balans knopkasını yuxarı verərək balası tutur. Sonra operator konfrans zalına gələrək kameranın A və B balans knopkasını aşağı B — yə verib, içəridə balans tutur. Bundan sonra konfrans başlayanda operator daha tələsik balans tutmur və sadəcə olaraq keçədə çəkiliş zamanı A və B balans knopkasın yuxarı A — ya verib, çəkiliş aparır. Konfrans zalında çəkiliş zamanı isə A və B balans knopkasını aşağı B — yə verib, çəkiliş aparır. A və B balans çəkiliş zaman yaddaş rolunu oynayır və iki məkanda tutulan balansı yadda saxlamaqla operatorun işini çox asanlaşdırır. Operator kameranı söndürüb təzədən yandırsa da tutulan balanslar yaddaşdan silinmir və kameranı yenidən yandırdığı zaman həmin yaddaş balansından istifadə edə bilər. Avtomatik balans tutmaq üçün Focus knopkasının altındakı Push Auto knopkasından istifadə edirik.
  • GML hissəsi — Bu hissə ilə operator çəkilən təsvirə daxili sarı işıq verə bilir.
  • 5800–3200 hissəsi — GML — in yanında yerləşən bu hissədən çəkilişin otaq şəraitində, yoxsa çöldə aparılması üçün işığın seçildiyi hissədir.
  • PRESET hissəsi — Bu hissədən balansı avtomata keçirmək olur. Yəni operator gözlənilməz vaxtda çəkiliş aparmaq üçün bundan istifadə edir.
  • RAZYOMNU KAMERA — Bu cür kameraların obyektivi özündən ayrılır. Baynet adlanan hissə obyektivin kameraya bağlandığı yerdir və obyektivi buraya otuzdurandan sonra bir firlanmaya bağlanır.