Kipeport (rus. Киперорт) — Fin körfəzinin şimal sahilində yerləşən yarımada. İnzibati cəhətdən Kalininqrad vilayətinin Vıborq rayonu ərazisinə daxildir. Üstəlik Karel bərzəxinin qərb hissəsini təşkil edir. Hazırda yarımadanın bir hissəsi yasaqlıq elan edilmişdir.
Kiperort yarımadası | |
---|---|
Yerləşməsi | |
60°28′20″ şm. e. 28°32′21″ ş. u.HGYO | |
Ölkə | Rusiya |
|
Şimal-şimal-qərb istiqamətdə uzanır. 18 km məsafədə uzanır. Şimal-şərqdən Klyuçevskays buxtası və cənub-qərbdən Berkezund boğazı ilə əhatələnir. Yarımadanın son ucunda Bolşoe gölü yerləşir. Uzunluğu 1,2 km, eni 200 metr təşkil edir. Yarımadanın ən ucqar şimal nöqtəsi Letnıy burnudur.
Yarımada Vıborq körfəzini təbii qalaya çevirir. Körfəz dəfələrlə qanlı döyüşlərə şahidlik etmişdir.
Rus-İsveç müharibəsi zamanı yarımada Kiperort burnu olaraq adlandırılır. Bu isə isv. Kyperort sözündən törəmişdir.
1917-ci ildə Böyük Finlandiya Knyazlığı müstəqil olduqdan sonra ərazi Koyvisto (fin Koivisto) adlandırılır. 1944-cü ildə isə yarımada SSRİ tərəfindən işğal edilir. 1948-ci ildə yarımadanın adı Kiperort yarımadası[1] olaraq adlandırılır.