Bu məqaləni vikiləşdirmək lazımdır. |
Kipr konvensiyası
Martın 6da Andraşi Rusiya və Türkiyə arasındakı sülh şərtlərini müzakirə etmək üçün beynəlxalq konfrans çağırmaq təklifi irəli sürdü. Rusiya buna razılıq verməli oldu. Rusiyanın belə güzəştə getməsinə səbəb Şərq böhranı başlanan andan qüvvələr nisbətinin Rusiyanın xeyrinə olmaması idi. Türkiyə ilə müharibə Rusiyanın Avstriya və Alm ilə toqquşmasına səbəb ola bilərdi. Rusiya Alm-nin belə mövqe tutduğuna görə onunla ixtilafa getmək istəmirdi. Hələ 1878-ci il fevralın 19da Bismark demişdi ki, Şərq məsələsində o təmiz maklerdi. Onun vəzifəsi bunu tezliklə başa çatdırmaqdır. Bismark Rusiyanı müdafiə etmədiyini açıqcasına bildirmişdir, lakin rus diplomatiyası onun köməyinə nail olmağa cəhd etdi. O xatırlatdı ki, Bismark Rusiyanı dəfələrlə müharibəyə qoşulmağa təkid edirdi. Bismark Rusiyaya məsləhət bilirdi ki, konqres çağırılmasına razı olsun.
Bikonsfild uzun tərəddüdlərdən sonra İng-nin müharibəyə başlamağa hazır olduğunu Rusiyaya başa saldı. Buna görə də o, hazırlığı davam davam etdirdi.buna cavab olaraq Derbi 2-ci dəfə istefaya getdi. Bu Rusiya üçün böyük itki idi. Derbini lord Solsberi əvəz etdi. O da Bikonsfildin təcavüzkar düşüncələri ilə razı deyildi, Rusiya ilə sazişin tərəfdarı idi.1878-ci il mayın 30da Şuvalovun Biskonsfild və Solsberi ilə 2 aya yaxın apardığı danışıqlar nəticəsində Rusiya ilə İng arasında gizli saziş imzalandı. Bu sazişə görə rus ordusu İstanbulun yaxınlığından Balkan sıra dağlarına çəkildi. İng öhdəsinə götürdü ki, Batumun və Qarsın Rusiyaya verilməsinə, Bessarabiyanın ona qaytarılmasına etiraz etməyəcək.bunun yerini İng Türkiyə ilə iyunun 4dəkonvensiya imzalamaqla doldurdu. Sazişin layihəsində göstərilirdi;əgər batum, Ərdəhan, Qars Rusiyaya vrilərdisə, onda İng sultana Asiyadakı torpaqlarını müdafiə etməkdə silahlı kömək edəcək. Sultan isə İng-nin Kipri tutmasına razılıq verir. Əgər Rusiya Qarsı və digərlərini qaytararsa, Kipr adası İng tərəfindən tutularsa, onda bu saziş öz gücünü itirir. Nəhayət, sultan Türkiyənin Asiya qitəsindəki torpaqlarında yaşayan xristianların vəziyyətlərinin yaxşılaşmasına xidmət edəcək islahat keçirməyə razılıq verir.
Bu islahatlar bütün böyük dövlətlər tərəfindən qəbul edilməklə həyata keçirilməli idi. Cavab üçün sultana 48 saat vaxt verilmişdi. İyunun 8də Kipr konvensiyası imzalandı, lakin 1 neçə vaxtdan sonra sultan Kiprin İng-yə güzəşt edilməsi haqda fərman verməkdən imtina etdi. İngilislər isə fərmandan əvvəl Kipri tutmuşdular. Buna görə də sultan fərmanı keçmiş tarixlə verməli oldu.
Tarix ilə əlaqədar bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |