Kiprikli zəngçiçəyi

Kiprikli zəngçiçəyi - (lat. Campanula ciliata)

Qısa morfoloji təsviri[redaktə | mənbəni redaktə et]

Çoxillik bitkidir. Kökümsovu şaquli, yoğundur. Gövdəsi 7-15 sm hündürlükdə, düz, birçiçəklidir. Kökyanı yarpaqları sıx rozet əmələ gətirirlər, demək olar ki, oturaq, xəttvari-lansetvari və ya uzunsovlansetvari, qıraqları vəzivari dişcikli və arxaya burulmuş kirpikli, hər iki tərəfdən çılpaqdır. Gövdə yarpaqları nisbətən kiçik, dar xəttvari, qıraqları kirpiklidir. Kasacığı çılpaq, dişcikləri ağkirpikli, xəttvari-lansetvari və ya xəttvaridir. Tacı mavi, tərs konusvari və ya zınqırovvari, çılpaq, bəzən damarlar boyu kirpiklidir.[1]

Yayılması[redaktə | mənbəni redaktə et]

BQ Quba sahəsinin rayonlarında subalp və alp qurşaqlarında yayılmışdır. Qayaların üstündə, töküntü torpaqlarda, yüksək dağ çəmənlərində bitir.[2]

  1. Validə M. Əlizadə, Naibə P. Mehdiyeva,Vüqar N. Kərimov, Aidə Q. İbrahimova BÖYÜK QAFQAZIN BİTKİLƏRİ (Azərbaycan) Bakı 2019
  2. Флора Азербайджана. Баку: Изд. АН Азерб.ССР, 1950-1961, Т. I-VIII.