Kirşə itləri

1840-cı illərdə üç kirşə itlərin dartfığı kirşədən istifadə edən xəz tacirinin təsviri yağlı boya tablosunda. Kirşə itləri min ildən artıqdır ki, istifadə olunur.[1]

Kirşə itləri təlim keçmiş və qoşqu nəqliyyat vasitəsini, ən çox da qar üzərində kirşə dartmaq üçün istifadə edilən itlərdir.[2]

Kirşə itləri Arktikada ən azı 8000 ildir istifadə olunur və XX əsrdə yarımqoşqu yük maşınları, qar arabaları və təyyarələrin istifadəyə verilməsinə qədər su gəmiləri ilə birlikdə Arktika bölgələrində yeganə nəqliyyat vasitəsi olub, əlçatmaz ərazilərdə insanları və bu və ya digər ləvazimatları daşıyıb. Onlar hər iki qütbün öyərnilməsində, eləcə də Alyaskada qızıl axtarışları zamanı müvəffəqiyyətlə istifadə edilmişdir. Kirşə itləri qrupları Alyaska, Yukon, Şimal-Qərb əraziləri və Nunavutdakı kənd icmalarına poçt daşımışdır. Kirşə itləri bu gün hələ də bəzi kənd icmaları tərəfindən, xüsusən Rusiya, Kanada və Alyaskada, eləcə də Qrenlandiyanın əksər hissəsində istifadə olunur. Onlar istirahət məqsədləri və Iditarod Trail və Yukon Quest kimi yarışlar zamanı da istifadə olunur.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]
  1. Swan, Thom. "Early Sled Dog History". Swanny's Place. 17 June 2009 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 17 October 2013.
  2. "Collins 2012 digital dictionary". 14 April 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 3 December 2014.