Kiribati dili (gilbert, kiribat) — mikroneziya dillərindən biri, Kiribati Respublikasının əsas dili. Ümumi sayı 102 min nəfər.
1840-cı ildən kiribati dilinin latın qrafikası əsasında əlifbası istifadə edilir. Əlifbada cəmi 13 hərf vardır: A, B, E, I, K, M, N, O, R, T, U, W və NG birləşməsi.