Kirman Beynəlxalq Hava Limanı

Əvvəllər Kirman Beynəlxalq Hava Limanı olaraq tanınan Ayətullah Haşimi Rəfsəncani adına Beynəlxalq Hava Limanı (IATA: KER, ICAO: OIKK) İranın Kirman ostanında yerləşən hava limanıdır. Hava limanı ticarət, ümumi aviasiya və hərbi təlim məqsədləri üçün istifadə olunur. Hava limanında uçuşlara 1970-ci ildən başlanmışdır.

Kirman Beynəlxalq Hava Limanı
Map

30°16′28″ şm. e. 56°57′04″ ş. u.


IATA: KERICAO: OIKK
Ölkə
Açılış tarixi 1956[1]
Rəsmi saytı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

10 iyun 2017-ci il tarixində hava limanının adı Kirmanda doğulub böyüyən keçmiş İran prezidenti Ayətullah Əkbər Haşimi Rəfsəncaninin şərəfinə dəyişdirilərək bu günkü adını almışdır.

Mahan Air uçuş heyətinin simulyator mərkəzi və kabin heyətinin təlim mərkəzi Kirman Beynəlxalq Hava limanında yerləşir. Həmçinin Mahan Air-in ticarət pilotlarının təlimi məqsədilə istifadə etdiyi kadet pilot proqramının keçirildiyi Bootia-Mahan Aviasiya Kollecinin əsas mərkəzidir.

İstinadlar[redaktə | mənbəni redaktə et]