İran da, Orta Asiya da təbii halda bitir. Hündürlüyü 5 m-ə qədər olan, saemaşan gövdəli və lifli, boz qabıqlı, qol-budaqlı kol bitkisidir. Budaqcıqları dəstəli, sarımtıl, göyümtül-yaşıl olub, uzundur. Yarpaqlarının 2-4-ü bir yerdədir, xətvarı, ucu sivriləşmişdir, uzunluğu 30 mm-ə, eni isə 1 mm-ə qədərdir, qaidəsində zər pərdəcikli qın əmələ gəlmişdir. Tozcuq sünbüllərinin bir neçəsi bir yerdə olub, yumurtavarıdır. Çiçəkləri ikicinsli və bəzən bircinslidir. Erkək çiçəkləri təkdir və ya 2-4 ədəd olmaqla qısa dəstələrdə yığılmışdır. Dişi çiçəkləri tək və ya təbəqə şəklində 2-3 ədədi bir yerdə yerləşir. Erkəkcik yarpağı ümumi qələmşəkilli bünövrədə yerləşir. Ləpəyarpaqları təkdir, toxumun qabığından çıxır. Meyvəverən sünbülcükləri yumurtaya oxşar olub, bir neçəsi bir yerdə olmaqla, uzun ayaqcıqlar üzərindədir. Meyvələri kürəşəkillidir, uzunluğu təxminən 6 mm-ə çatır, lətlidir, rəngi qırmızımtıl və ya ağ olur. Toxumları qonur, arxa tərəfi qabarıq, 6 mm uzunluqdadır, mayda çiçək açır, iyul-avqust aylarında meyvələri yetişir. Qışda rütubətdən qorunmalıdır. Toxumla çoxaldılır. Tərkibində 2-3% efedrin və psevdoefedrin vardır, efedrin alkaloidi (efedrin) (C10H15NO) almaq üçün istifadə edilir. Efedrin preparatı da adrenalin kimi qan damarlarını daraldır və cərrahiyyə əməliyyatında qankəsici dərman kimi, bronxial astmada, xroniki bronxit xəstəliklərində və qanaxmalarda, morfinlə və skolorominlə zəhərlənmə hallarında zəhərin təsirini aradan qaldırmaq üçün, öskürəyə, ağ ciyər vərəminə qarşı, hərarəti aşağı salan vasitə kimi istifadə edilir. Azərbaycanda Abşeron yarımadasında AMEA-nın Mərkəzi Botanika bağında və Mərdəkan Dendrarisində becərilir.
Kirpikli acılıq | ||||
---|---|---|---|---|
Elmi təsnifat | ||||
XƏTA: latin parametri doldurulmayıb. |
||||
Beynəlxalq elmi adı | ||||
XƏTA HAQQINDA MƏLUMAT Bu parametr doldurulmayıb: latin |
||||
|
Деревья и кустарники СССР. т.3.1954; Флора Азербайджана. т.5. 1954; Azərbaycanın ağac və kolları. III cild. 1970; Azərbaycanın “Qırmızı” və “Yaşıl Кitabları”na tövsiyə olunan bitki və bitki formasiyaları. 1996; Azərbaycan florasının konspekti. I-III cildlər. 2005; 2006; 2008.