Kirpikliqarın qurdlar

Qarnıkirpiklilər (lat. Gastrotricha) — heyvanlar aləminə aid heyvan tipi. Bədənin qarın tərəfi kirpiklərlə örtülü olduğu üçün sinfə bu ad verilmişdir.

Qarnıkirpiklilər
Elmi təsnifat
Ranqsız:
Ranqsız:
Ranqsız:
Ranqsız:
Ranqsız:
Aləm:
Yarımaləm:
Ranqsız:
Tip:
Qarnıkirpiklilər
Beynəlxalq elmi adı

Ümumi xarakteristika

[redaktə | mənbəni redaktə et]

Kirpiklər subsrat üzərində hərəkət etməyə xidmət edir. Bu tipin nümayəndələrinin baş hissəsində də kirpiklər vardır. Müasir dövrdə şirin sularda və dənizlərdə yaşayan 150-dən çox növü məlumdur.

Xarici quruluşu

[redaktə | mənbəni redaktə et]

Qarnıkirpiklilərin bədəni nazik kutikula ilə örtülmüşdür. Kutikulanın altında uzununa əzələlər yerləşir, ancaq bütöv qat əmələ gətirmir. Qarnıkirpiklilərdə dəri-əzələ kisəsi yoxdur. Şirin sularda yaşayan formaların baş hissəsi gövdədən tam seçilir. Bədənin arxa hissəsi çəngəl şəklində iki yerə haçalanmışdır. Haçalara yapışqanlı maddə ifraz edən vəzilər açılır.

Daxili quruluşu

[redaktə | mənbəni redaktə et]
Həzm sistemi — üç şöbədən: ön, orta və arxa bağırsaqdan ibarətdir. Bağırsaq boru şəklində olub, bədənin ön hissəsində yerləşən ağızla başlayıb, anusla nəhayətlənir. Həzm hüceyrədaxilidir.
Sinir sistemi — cüt udlaqüstü sinir düyünündən və bədənin yanları ilə uzanan iki sinir sütunundan ibarətdir. Bədən örtüyündəki hiss tükcükləri toxunma hiss orqanıdır. Başın yanlarında yerləşən kirpiklərlə örtülü çökək hissə kimyəvi hiss orqanı rolunu oynayır.
İfrazat sistemi — cüt protonefridilərdən ibarətdir. Hər protonefridi tək kirpikli hüceyrəyə malikdir. Bəzi formalarda protonefridi olmur.
Cinsi sistem — həm ayrıcinsli, həm hermafrotid olurlar. Cinsi vəziləri əksər hallarda cüt, nadir hallarda tək olur. Erkək və cinsi dəlikləri tək olub, əsasən anal dəliyindən öndə yerləşir. Mayalanma daxilidir.

Kiçik Gastrotricha qrupu turbellarilərlə bəzi Nemathelminthes qrupları arasında olan əlaqəni müəyyən etməyə imkan verməsinə görə böyük maraq doğurur. Gastrotricha və Turbellaria-nın yaxınlığı onların bədəninin bəzi hissələrindəki kirpik örtüyü dəri vəzilərinin quruluşu, protonefridial aparatın və cinsi sistemin quruluşu sübut edir.