Kiss (musiqi qrupu)

Kiss 1973-ci ildə New Yorkda qurulan Amerikalı hard rok qrupu. Makiyajları və səhnə kostümleriyle tanınan qrup dəbdəbəli səhnə şoularıyla 1970-ci illərin ortalarında şöhrət qazanmışdır. Qrup bu günə qədər 24 qızıl val qazanmışdır. Qrupun dünya səviyyəsində albom satışları 90 milyondan üzərindədir. Qrupun ilk meydana gəlmənin adı "Sid Cup Kent" di. The Village Voice jurnalına verdikləri bir elan nəticəsində bütün gün yeni gitarist sınayan qrup, səmərəsiz bir günün bitirərkən bir ayağında qırmızı digərində narıncı ayaqqabısı olan biri içəri girdi. Heç kim ilə söhbətdən orda dayanan gitaranı əlinə alıb bangır bangır çalmağa başladı. Çaşan qrup qurucuları bu adamı dərhal qrupa daxil etdilər. Bu adam daha sonra da musiqi tarixinə Paul "Ace" Frehley olaraq keçdi. Kiss 'in "Alive" adlı albomu Amerika Konqresi tərəfindən seçilən Amerikan musiqi tarixini təmsil edən 800 albomun arasında iştirak etdi.

Kiss
Loqonun şəkli
Hellfest 2013
Hellfest 2013
Əsas məlumatlar
Üslub glam rock
hard rok
şok rok
heavy metal
glam metal
Fəaliyyət illəri 1973 – hal hazırda
Leybl Casablanca Records
Mercury Records
Sanctuary Records
Columbia Records
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Qrupun ilk heyəti Paul Stanley, Yenə Simmons, Ace Frehley və Peter Crissin meydana gəlirdi.

Qrup üyələri[redaktə | mənbəni redaktə et]

KISS-Hard Rock Qrupu 1973-cü ildə New York şəhərində Paul Stanley və Gene Simmons tərəfindən qurulub.Fərqli səhnə makiyajları,kostyumları,səhnə şouları ilə seçilir.Hard Rock üzrə qrup dünyada ən yaxşılardan hesab olunur. KISS öz köklərini Wicked Lester(İndiki Kiss qrupu.Paul Stanley və Gene Simmons 1970-ci ildə New Yorkda qurulan bu qrupun keçmiş üzvləridir) qrupundan alır.Gene Simmons və Paul Stanley Wicked Lester qrupu üçün yeni bir musiqi hazırlamağı qərar alırlar.1972-ci ildə isə qrupu tərk edən Gene və Paul yeni bir qrup qurmağa çalışırlar.Nəhayət 1972 ildə Stanley və Simmons Peter Criss ilə qarşılaşırlar.Peter Wicked Lester'in yeni versiyasını yaratmaq qərarına gəlir.Həmin il trio öz mahnılarını Epic Records şirkətinə təqdim edir.Lakin şirkətin direktoru Don Ellis bu trionu bəyənmir. 1973-cü ilin yanvar ayında qrupa Ace Frehley qatılır.Frehley iki müxtəlif rəngdə(qırmızı və narıncı) olan idman ayaqqabıları ilə bu trionun diqqətini cəlb edir.Məhz Frehleyin gəlişindən sonra qrup adını KISS olaraq dəyişir. Paul Stanley KISS adını hələ Simmons və Criss'lə tanış ikən fikirləşmişdi.Criss qrupun adını ilk olaraq Lips qoymağı təklif edirdi ardından Paul Stanley "Bəs KISS necədir?" deyə soruşmuşdu. Frehley qrupun logosunu yaradarkən "SS" hərflərini ildırım oxlarına bənzətmişdi."SS" hərfləri run əlifbası kimi idi.Lakin Almaniyada run əlifbası qadağan hesab olunurdu.Məhz bu səbəbdən Almaniyada satışa çıxarılması nəzərdə tutulan bütün KISS albomlarının örtük şəklində sonuncu 2 hərf "ZZ" şəklində hazırlanırdı. İlk konsert 30 yanvar 1973-cü ildə Popcorn Club-da keçirilir.Qrup hələ ilk konsertində azacıq makiajla səhnəyə çıxır.Əsl makiajı isə qrup martın 9-10 keçirilən The Daisy in Amityville konsertində nümayiş etdirir.Bu konsertdən sonra qrup 5 mahnı üzərində səs yazma studiyasında prodüser Eddie Kramer ilə çalışır.Sonralar qrupun bir neçə kiçikmiqyaslı konsetlərində olan Bill Aucoin qrup üzvlərinə onlarla birliktə işləmək istədiyini deyir.1975-ci ilə qədər bir neçə record studioları ilə çalışan qrup artıq yüksəlişə doğru gedir. 1975-ci ilin ortalarında qrupun Casablanca Studiosu ilə kontraktı bitir.Lakin albomlarının hazırlanması gecikir.75-ci ilin 10 sentyabrında Alive! adlı konsert albomları tam hazır olur.Albom qızıl statusa layiq görülür."Rock and Roll All Nite" mahnısı hit paradlarda ilk 40 yerə daxil olur.Qrup 75lərin sonlarında fanatlarının başını aldatmaq üçün yox sırf olaraq "həyəcanı və reallığı" albomlarında göstərmək üçün çalışırdı. Alive! albomunun uğuru qrupun sonraki fəaliyyətinə müsbət təsir göstərdi.Qrup əvvəllər Alice Cooper ilə çalışmış Bob Erzin ilə iş birgəliyi qurdu.Bu günə qədər qrupun ən yaxşı albomlarından sayılan Destroyer məhz bu birliyin nəticəsidir. Qrup haqqında digər məlumatlar: 1.Qrupun keçmiş üzvü olan Eric Carr 1991-cü il 24 noyabrda ürək xərçəngindən vəfat edib. 2.Qrupun konsertlərində istifadə etdikləri makiyaj firmaları Maybelline və Max Factor olub 3.The Starchild-Paul Stanley The Demon-Gene Simmons The Spaceman/Space Ace –Ace Frehley,Tommy Thayer The Catman-Peter Criss,Eric Singer The Fox-Eric Carr The Ankh Warrior/The Wiz –Vinnie Vincent Qrupda müəyyən bir zaman ərzində çalışan Mark St. John və Bruce Kulick konsertlərdə heç vaxt makiyaj etməyiblər. 4.Paul Stanley "Bronx Community College"-də qrafik sənət üzrə təhsil almasına baxmayaraq,KISS qrupunun logosunu Ace Frehley işləyib. 5.Qrup heç vaxt Amerika hit paradlarında 1-ci yerə yüksəlməyib.Lakin Kanada və Hollandiyada "I was made for lovin'u" mahnısı 1-ci yerə yüksəlməyi bacarmışdı. 6.Qrupun bateristi Eric Carrın "tülkü" kostyumu həqiqi tülkü dərisindən hazırlanıb. 7.Ace 70-ci illərin sonlarında mavi göz kölgəsi istifadə etməyə başlamışdı-gümüşü göz kölgəsi onun gözlərinə mənfi təsir göstərərək alergiya verirdi. 8.Gene Simmons-İsrail əsilli Amerikalıdır.

Əski qrup üzvləri[redaktə | mənbəni redaktə et]

  • Peter Criss – davul, vokaller (1973-1980, 1996-2001, 2002-2004)
  • Ace Frehley – gitar, vokaller (1973-1982, 1996-2002)
  • Eric Carr – davul (1980-1991)
  • Vinnie Vincent – gitar, geri vokalller (1982-1984)
  • Mark St. John – gitar, vokaller (1984)
  • Bruce Kulick – gitar, vokaller (1984-1996)

Mahnılarından bəziləri[redaktə | mənbəni redaktə et]

  • I Was Made For Lovin' You
  • Ass
  • Goodbye
  • Because Im A Girl
  • Rock'n Roll All Night

Mənbə[redaktə | mənbəni redaktə et]

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]