Kitfo

Ayibe ilə Kitfo

Kitfo (amh. ክትፎ, tigrinya ኪትፎ) — Efiopiya mətbəxində ənənəvi yeməkdir. Bu yemək mitmita və niter kibbehində marinad edilmiş qiymə çiy mal ətindən ibarətdir (otlar, ədviyyatlarla və kərə yağı ilə qarışdırılır).[1]

Az bişmiş kitfoya "kitfo leb leb" deyilir. Kitfo adətən ayibe adlı yumşaq pendir və ya gomen adlanan bişmiş göyərti ilə verilir. Efiopiyanın bir çox yerlərində kitfo, teff unundan hazırlanan injera adlı süngər kimi turş çörəklə servis olunur. Gurage[2] mətbəxində isə kocho adlı ensete bitkisindən hazırlanan qalın çörəkdən istifadə edilir. Ensete[3] yarpağı bəzək kimi istifadə oluna bilər. Kitfo çox ləziz hesab edilməsə də, ümumiyyətlə yüksək qiymətləndirilir.

Kitfo adətən xüsusi günlərdə, bayramlarda təqdim edilir. Xüsusilə, Efiopiyada hər il 27 sentyabrda qeyd edilən "Əsl Xaçın Tapılması" və ya "Meskel" bayramında hazırlanır.[4][5]

Həmçinin baxın

[redaktə | mənbəni redaktə et]
  1. Girma, Kaleab. "Bekelech changed my mind: How this Ethiopian came to love kitfo". https://www.aljazeera.com/. 27-02-2023. İstifadə tarixi: 11-10-2024.
  2. Gurage Efiopiyada yaşayan semit dilli etnik qrupdur.
  3. Ensete Afrika və Asiyanın tropik bölgələrində yaşayan monokarpik çiçəkli bitkilər cinsidir. Banan ağacların ailəsidir.
  4. "Ethiopia : Kitfo". https://www.africanfoodmap.com. İstifadə tarixi: 11-10-2024.
  5. Wiens, Mark. "Ethiopian kitfo, raw beef that will melt in your mouth". https://migrationology.com/. İstifadə tarixi: 11-10-2024.