Bu məqaləni vikiləşdirmək lazımdır. |
Klaster baş ağrısı — birincili baş ağrı forması olub ,xüsusiyyətlərinə orbital, supraorbital, gicgah nahiyələrində və ya onların bir neçəsində cəmləşən intensiv, yalnız birtərəfli baş ağrıları aiddir. KBA-nın ən səciyyəvi əlamətlərinə aşağıdakılar aiddir:
Ağrı olan tərəfdə tutmalar bir və ya bir neçə əlamətlərlə müşayiət olunur: konyuktivanın qızarması, göz yaşının axması, burunun tutulması, burunun axması, alın və üz nahiyəsində intensiv tərləmə, mioz, ptoz, göz qapaqlarının şişkinliyi. Hər bir tutma gözlənilmədən başlayır və tamamlanır, 15 dəqiqədən 3 saata qədər çəkir, günaşırı bir dəfədən gün ərzində səkkiz dəfəyə qədər təkrarlana bilər. Xəstə tutmalar zamanı həyəcanlı olur.
Xəstələrin 80-90%-də KBA-nın epizodik formaları müşahidə olunur və bu zaman bir neçə həftədən bir neçə aya (adətən 6 ay) qədər davam edən xəstəliyin kəskinləşməsi dövrləri uzun müddətli remissiyalarla müşahidə olunur, xəstələrin 10-20%-də isə daha nadir hallarda baş verən Xronik forma müşahidə olunur. Bu zaman il ərzində remissiya müşahidə olunmur və ya remissiyanın müddəti 1 aydan az olur.[1]