İlk klaudskeyp fotoqraflardan biri belçikalı fotoqraf Leonard Misonne (1870–1943) olmuşdur.[1] Onun şəkilləri ağ-qara idi və əsasən tutqun səmanı və qara buludları çəkməyə üstünlük vermişdir.
XX əsrin ortalarında ABŞ fotoqrafı Alfred Stiqlits (1864–1946) "ekvivalentlər" adlandırılan klaudskeyp fotoşəkil seriyası (1925–1931) yaratmışdır. "Phillips Collection"veb-saytında onun əsərləri haqqında bu fikirləri bildirmişdir: "Bu şəkillərin əsasını simvolik gözəllik təşkil edir, hansı ki, əsər müəllifinin təcrübələrinin, fikirlərinin və emosiyalarının get-gedə artan abstrakt ekvivalentləri olmuşdurlar".[2] Son dövrlərin ən məşhur klaudskeyp fotoqrafları Ralf Steyner, Robert Devis və Tzeli Hadcidimitriou hesab olunurlar.
Hadjidimitriou, Tzeli. Time fading into clouds | O χρόνος χάθηκε στα σύννεφα. Texts from: N. Vatopoulos, N. Chronas, Tz. Hadjidimitriou, Metaichmio, 2003, ISBN 960-375-634-2