Klaviatura genişləndiricisi

klaviatura genişləndiricisi(keyboard enhancer)-klavişlərin basılma siqnalları daxil olduqca onları emal edən və bəzi klavişlərin və ya onların kombinasiyasının mənasını yenidən təyin edən proqram; klaviatura utiliti (KEYBOARD UTULITY), makro-proqram (MACRO PROGRAM) və ya makro-utilit (MACRO UTILITY) kimi də tanınır. Bu proqramlardan makrosların – klavişlər kombinasyalarının, siçanın hərəkətlərinin, menyu komandaları və ya müəyyən klavişlərə bağlanmış komandalar ardıcıllıqlarının yaradılması və saxlanması üçün də istifadə olunur.

Ədəbiyyat[redaktə | mənbəni redaktə et]

  • İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı,466s.