Klebsiella pneumoniae

Klebsiella pneumoniae - fakultativ anaerob, qrammənfi çöpşəkilli Klebsiella cinsindən olan bakteriya növü, pnevmoniya törədicisi. Klebsella pneumoniae pnevmoniya törədicisi olmaqla yanaşı sidik-cinsiyyət sistemi infeksiyaları ilə də assosiyasiya olunur. Normada bu bakteriya insanın mədə-bağırsaq traktında və ağız boşluğu florasında məskunlaşmışdır. Normal insanlar üçün bir o qədər də təhlükəli sayılmasa da immun sistemi zəifləmiş yaxud zədələnmiş insanlarda təhlükəli iltihabi prossesin yaranmasına səbəb ola bilir. Nadir hallarda pnevmoniya törədicicsi olan klebsella pneumoniae ilk dəfə 1883 ci ildə alman mikrobioloqu Karl Fridlender (1847-1887) tərəfindən aşkar edilmişdir. Bu bakteriyanın törətdiyi ağciyərlərin iltihabı tibbdə Friedlender pnevmoniyası da adlandırılır. Karl Fridlender o zaman bu mikrobu lat. diplococcus adlandırır. Bir qədər sonra bakteriyanın 3 yarımnövü aşkar edilir:

Klebsiella pneumoniae
Elmi təsnifat
XƏTA: parentrang parametrlərini doldurmaq lazımdır.
???:
Klebsiella pneumoniae
Beynəlxalq elmi adı
  • Klebsiella pneumoniae subsp. ozaenae (Abel 1893) Ørskov 1984
  • Klebsiella pneumoniae subsp. pneumoniae (Schroeter 1886) Ørskov 1984
  • Klebsiella pneumoniae subsp. rhinoscleromatis (Trevisan 1887) Ørskov 1984