Klod Lui Bertolle

Klod Lui Bertolle(fr. Claude Louis Berthollet; 9 dekabr 1748[3][4][…]6 noyabr 1822[5][4][…], Arkey[6]) — fransız kimyaçısı.

Klod Lui Bertolle
fr. Claude Louis Berthollet
Doğum tarixi
Doğum yeri Talluar, Savoyya
Vəfat tarixi (73 yaşında)
Vəfat yeri Arkey, Fransa
Vəfat səbəbi Qarayara
Uşağı 1
Elm sahələri kimya[1], siyasət[1], tibb[1]
Təhsili
  • Turin Universiteti[d] (–1768)
Elmi rəhbəri Antuan Lavuazye
Tanınmış yetirməsi Jozef Lui Gey-Lüssak
Üzvlüyü
Mükafatları Fəxri Legion ordeninin yüksək rütbəli zabiti "Fəxri legion" ordeni kavaleri Knight Grand Cross of the Order of the Reunion
İmza
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Klod Lui Bertolle 1785-ci ildə xlorun ağardıcı xassəsini, bataqlıq qazını, ammonyakı tədqiq etmişdir. 1792-ci ildə kalium-xlorat duzunu sintez etmişdir ki, bu da hazırda "Bertole duzu" adlanır.

J. Prust ilə Klod Lui Bertolle (1748–1822) arasında baş verən və 7 il (1801–1808) davam edən məşhur mübahisədə R. J. Hayui Prustun mövqeyini müdafiə etmişdir. Lakin Bertole ilk dəfə olaraq bəzi birləşmələrin dəyişən tərkibə malik olmaları barədə faktların mövcud olmasını çox düzgün göstərmişdir. O, həmçinin müxtəlif birləşmələrin eyni formalı kristal quruluşa malik olması barədə öz fikirlərini irəli sürmüşdür. Müəyyən vaxt keçdikdən sonra aydın oldu ki, Bertollenin fikirləri təsadüfi fikir deyil, düzgündür.

1819–1821-ci illərdə izomorfizm və polomorfizm xassələrini kəşf edən alman alimi Eylqard Mitçerlix (1794–1863) Bertollenin fikirlərini təsdiq etmişdir.