Klovis mədəniyyəti

Klovis mədəniyyəti — E.ə 11500–11100-cü illərdə Şimali Amerikada mövcud olmuş arxeoloji mədəniyyətdir.[1]

Klovis mədəniyyəti
Yeri
Coğrafi region Şimali Amerika
Başlama tarixi e.ə. 11500
Bitmə tarixi 11100
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Ümumi məlumat

[redaktə | mənbəni redaktə et]

Klovis mədəniyyəti "Klovis ucları", fil sümüyü və fərqli sümük alətlərinin istehsalı ilə xarakterizə olunur. Klovis mədəniyyəti ilə əlaqəli alətlərin əlamətdar xüsusiyyəti onların iki üzlü və yivli olmasıdır. Klovis alətləri təxminən 300 illik bir müddət ərzində istehsal edilmişdir. Mədəniyyət 1932-1937-cı illərdə Nyu-Meksiko ştatının Klovis və Portales şəhərləri arasındakı 1 nömrəli Blackwater məhəlləsində tapılan artefaktlara görə belə adlandırılmışdır. Bu tapıntılar mamont növləri və nəsli kəsilmiş bizon antikusu ilə bilavasitə əlaqəsi olduğuna görə xüsusilə vacib sayılırdı. 1936 və 1937-ci illərə aid in situ tapıntılar arasında dörd daş Klovis ucları zərbə ilə zədələnmiş iki uzun sümük ucları, daş bıçaqlar, Klovis bıçağının nüvəsinin bir hissəsi və daş lopaları üzərində hazırlanmış bir neçə kəsici alət var idi.[2] Mədəniyyətin yayıldığı ərazilərdən mamont, bizon və digər məməli heyvan qalıqlarının aşkarlanması Klovis icmasının əsas məşğuliyyətlərinin ovçuluq olması fikrini irəli sürür. Qalıqların üzərində araşdırma aparan tarixçilər bu qəbilənin 125 fərqli heyvan və bitki növünü istehlak etdiyini bildirirlər.[1][3]

Klovis bölgələri ABŞ-ın çox hissəsində, eləcə də Meksikada, Mərkəzi Amerikanın bəzi hissələrində, Şimali Amerikanın cənubunda müəyyən edilmişdir. Klovislər Amerikanın yerli xalqlarının əksəriyyətinin əcdadı hesab olunur.  Belə ki, 1930-cu illərdə Şimali Amerikanın qərbində bir neçə Klovis bölgələrinin (Blackwater Draw, NM və Dent, CO) kəşf edilməsi  Klovis xalqının Amerikada geniş yayılmış mədəniyyət yaradan ilk insan sakinləri və əcdadları kimi tanınmasına səbəb oldu.[4] Digər tərəfdən, tədqiqatlar nəticəsində Montanada, Anzick- 1 adlandırılan ərazidən aşkar olunmuş körpə uşağa aid insan dəfninin (bu, mədəniyyətin yayıldığı ərazidəki hələlik yeganə antropoloji tapıntıdır) mitoxondrial və Y-xromosom DNT-sinin paleogenetik təhlili  buranın qədim sakinlərinin müasir yerli Amerika populyasiyaları ilə əlaqəli olduğunu göstərib.[5]

  1. 1 2 Mənsur, Rəğbətoğlu. "Tarixdən silinmiş xalq: 60 ildən bir öz kəndlərini yandırıb küllərini…". Telegraf.com. 29 İyul 2021 09:05. 2023-11-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-11-13.
  2. Mann, Charles C. "The Clovis Point and the Discovery of America's First Culture". Smithsonian Magazine. November 2013. 1. 2024-01-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-01-11.
  3. "Yer üzündən silinmiş sivilizasiyalar – II hissə". Banker.az. 06/12/2013. 2024-02-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-02-06.
  4. Beglay, Sharon. "Ancient native boy's genome reignites debate over first Americans". Reuters. February 12, 201410:10 PM. April 15, 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: January 11, 2024.
  5. Raff, Jennifer. "A Genetic Chronicle of the First Peoples in the Americas". Sapiens. 8 February 2022. 27 October 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 11 January 2024.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]

Bu sivilizasiyalar bir gecədə yer üzündən silindilər - SƏBƏB?