Knipowitschia longecaudata

Uzunquyruq xul (lat. Knipowitschia longicaudata) — Knipoviç xulları cinsinin nümayəndəsidir.

Uzunquyruq xul
Elmi təsnifat
XƏTA: parentrang parametrlərini doldurmaq lazımdır.
???:
Uzunquyruq xul
Beynəlxalq elmi adı

Morfoloji əlamətləri

[redaktə | mənbəni redaktə et]

D VI (7-9), A I (8-9), Bədəni uzunsovdur. Göz arası məsamələri bir qədər arxada olub "K" şəkilli əlavə qısa kanalcığın ucunda yerləşir. Bu isə gözüstü kanalların birləşmə yerindən arxaya doğru gedir. Quyruq üzgəci simmetrik deyildir. Onun əsasında adətən damcı formalı iri tünd xal olur, bəzən isə olmur. Maksimal uzunluğu 5 sm - ə qədərdir.

Qara və Azov dənizlərinin şortəm sularında, limanlarında, körfəzlərində, çaylarında,eləcə də su anbarlarında, göllərində geniş yayılmışdır.Xəzər dənizində kütləvi növ şimal hissədədir. Samurdan Pirşağıya və Salyan reydindən Astaraya qədər seyrəkdir.

Yaşayış yeri və həyat tərzi

[redaktə | mənbəni redaktə et]

Həm şirin sularda və həm də çox duzlu sularda yaşayır.Suyun temperaturu 4-20 C olduqda onun üçün əlverişli şərait olur.Kiçik bentik onurğasızlarla qidalanırlar.2 ildən az yaşayırlar.

İlk qışdan sonra çoxalmağa başlayırlar.Dişilər bir mövsüm ərzində bir neçə dəfə kürü verə bilərlər.Kürüsünü hissə-hissə daşların, bitkilərin və ya molyuskaların çanaqlarının altına qoyurlar.[2]

Təsərrüfat əhəmiyyəti

[redaktə | mənbəni redaktə et]

Vətəgə əhəmiyyəti yoxdur, həvəskar balıqçılar tərəfındən ovlanır.

  1. Azərbaycanın heyvanlar aləmi. Onurğalılar, III cild. Bakı: Elm, 2004, s 145.
  2. Əbdürrəhmanov Y.Ə. Azərbaycan faunası (Balıqlar), VII, cild, Bakı, Elm, 1966,.
  1. Integrated Taxonomic Information System (ing.). 2004.
  2. "Arxivlənmiş surət". 2021-10-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-12-13.