Knorr xinolin sintezi

Knorr xinolin sintezi -sulfat turşusundan istifadə edərək, β-ketoanilidi 2-hidroksixinolinə çevirən molekuldaxili üzvi reaksiyadır. Bu reaksiya ilk dəfə 1886-cı ildə Lüdviq Knorr (1859-1921) tərəfindən müəyyən edilmişdir.[1]

The Knorr pyrrole synthesis
The Knorr pyrrole synthesis

Reaksiya suyun ayrılması ilə müşayiət olunan elektrofil aromatik əvəzetmə reaksiyasıdır. 1964-cü ildə aparılan tədqiqat işi müəyyən reaksiya şərtləri ilə 4-hidroksixinolinin sintezinin rəqabətli reaksiya olduğunu müəyyən etdi.[2] Məsələn, benzoilasetanilid (1) birləşməsi çox miqdarda polifosfor turşusunda (PFT) 2-hidroksixinolin (2), lakin PFT-un miqdarı az olduqda 4-hidroksixinolin (3) əmələ gətirir. Reaksiya mexanizmi həlqəni bağlaya bilən artıq turşuya malik N,O-dikationik aralıq A-nı və monokationik aralıq B-ni əks etdirir. Anilin 4-hidroksixinolin əmələ gəlməzdən əvvəl benzoilasetanilidin digər bir ekvivalenti ilə reaksiyaya daxil olur.

Knorr 1886 synthesis
Knorr 1886 synthesis

2007-ci ildə aparılan bir araşdırma ilə [3] reaksiya mexanizmi yenidən nəzərdən keçirildi, NMR spektroskopiyası və nəzəri hesablamalara əsaslanaraq, N,O dikationik aralıq məhsula nisbətən O,O-dikationik aralıq məhsula (superelektrofil) üstünlük verilmişdir. Reaksiya üçün triflüormetansulfoturşu tövsiyə olunur:

Mechanism of Knorr pyrrole synthesis
Mechanism of Knorr pyrrole synthesis

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. ^ Synthetische Versuche mit dem Acetessigester Justus Liebig's Annalen der Chemie Volume 236, Issue 1–2, Date: 1886, Pages: 69–115 Ludwig Knorr doi:10.1002/jlac.18862360105
  2. ^ The Conversion of Benzoylacetanilides into 2- and 4-Hydroxyquinolines B. Staskun J. Org. Chem. 1964; 29(5); 1153–1157. doi:10.1021/jo01028a038
  3. ^ Knorr Cyclizations and Distonic Superelectrophiles Kiran Kumar Solingapuram Sai, Thomas M. Gilbert, and Douglas A. Klumpp J. Org. Chem. 2007, 72, 9761–9764 doi:10.1021/jo7013092