Knyazlıq

Knyazlıqkrallıqlardan daha kiçik olan dövlətlərdirlər.[1] Knyazlıqlar bir qayda olaraq monarxiya formasında idarə olunurlar və onlar daha çox bir şəhərdən (şəhər-dövlət) ibarətdirlər. Bu tipli dövlətlərin adları da əsasən şəhərin adı ilə eyni olur.[2] Bəzi knyazlıqların ərazisinə bir neçə şəhər daxil ola bilər. Müasir knyazlıqlara misal olaraq Monakonu nümunə göstərmək mümkündür. Adından da göründüyü kimi knyazlıqları knyaz tituluna malik olan hökmdar idarə edir. Bundan əlavə, müxtəlif ölkələrə bağlı olan bəzi muxtar dövlətləri də knyazlıq adlandırmaq mümkündür.

  1. Л. П. Кураков, В. Л. Кураков, А. Л. Кураков. Экономика и право. Словарь-справочник. М.: Вуз и школа. 2004. ISBN 5-94378-062-9.
  2. Великое княжество  // Энциклопедический словарь Брокгауза и Ефрона: В 86 томах (82 т. и 4 доп.). СПб.. 1890–1907.