Koşala

Koşala (və ya Kosala) (Sanskrit dilində: कोसल)- Qədim Hindistanda, keçmiş Auda (Hindistanda indiki Uttar Pradeş ştatında və Cənub-Qərbi Nepal ərazisində mövcud olmuş quldar dövlət

Koşala dövlətinin paytaxtı Rama allahının doğulduğu Ayodhya şəhəri hesab olunurdu. Şəhər Qhaqhra[1] çayının sahilində yerləşirdi, bu şəhər eyni zamanda induizm dininin beş müqəddəs yerlərindən biri hesab olunurdu.

Koşala e.ə. VI–V əsrlərdə Şimali Hindistanın siyasi və iqtisadi həyatında mühüm rol oynamışdı. Koşalanın adı 16 "böyük dövlət, və ya Mahacanapad (Budda mənbələrinə əsasən Hindistanın şimalşimal-qərb hissəsi) haqqında mənbələrdə xatırlanır. Koşala, e. ə. VI əsrdə diplomatiya və müharibələr vasitəsilə Kaşi[2] və bir sıra digər əyalətləri özünə tabe edən çar Prasenacitin dövründə[3] xüsusilə güclənmişdir.

Budda mətnlərinə əsasən Koşala inama görə Buddanın meydana çıxdığı şakyların ərazisini də işğal etmişdi. Bu müharibə xüsusilə amansız və qanlı olmuş, şakyelərin tamamilə məhv edilməsi ilə nəticələnmişdi. Uzun müddətli mübarizədən sonra Koşala Maqadha ərazisini də özünə tabe etdi. Sonralar Koşala Mauriya İmperiyasının tərkibinə daxil olmuşdu.

  • Bose A. "Social and rural economy of Northern India, cir.600 B. C.-200A. D.", v.1–2, Calcutta 1942–45.
  • Карягин К. Н. "Будда"(в кн."Будда. Конфуций. Савонарола. Торквемада. Лойола", СПБ 1998).
  • Bhandare, S. (2006), Numismatic Overview of the Maurya-Gupta Interlude in P. Olivelle, ed., Between the Empires: Society in India 200 BCE to 400 CE, New York: Oxford University Press, ISBN 0-19-568935-6.
  • Falk, H. (2006), The Tidal Waves of Indian History in P. Olivelle, ed., Between the Empires: Society in India 200 BCE to 400 CE, New York: Oxford University Press, ISBN 0-19-568935-6.
  • Lahiri, B. (1974), Indigenous States of Northern India (Circa 300 B. C. to 200 A. D.), Calcutta: University of Calcutta.
  • Law, B. C. (1926), Ancient Indian Tribes, Lahore: Motilal Banarsidass.
  • Law, B. C. (1973), Tribes in Ancient India, Poona: Bhandarkar Oriental Research Institute.
  • Mahajan, V. D. (1960), Ancient India, New Delhi: S. Chand, ISBN 81-219-0887-6.
  • Pargiter, F. E. (1972), Ancient Indian Historical Tradition, Delhi: Motilal Banarsidass.
  • Raychaudhuri, H. C. (1972), Political History of Ancient India, Calcutta: University of Calcutta.
  • Thapar, R. (2001), Aśoka and the Decline of the Mauryas, New Delhi: Oxford University Press, ISBN 0–19-564445-X
  1. Xəritənin səhifəsi H-44-XV
  2. Raychaudhuri, 1972. səh. 138
  3. Raychaudhuri, 1972. səh. 89–90