Kobılin binası

Kobılin binasıRostov vilayəti Taqanroq şəhəri ərazisində iki mərtəbəli bina. Bina regional əhəmiyyətli mədəni irs obyekti siyahısına daxildir. Bunun haqqında № 301 qərar 18 noyabr 1992-ci ildə qəbul olunmuşdur.

Kobılin binası
rus. Дом Кобылина
Xəritə
47°12′43″ şm. e. 38°56′03″ ş. u.HGYO
Ölkə  Rusiya
Şəhər Taqanroq
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Adres: Taqanroq ş, Petrovskaya küçəsi, 49[1].

1859-cu ilinavqust ayında Taqanroq tikinti komitəsinə 1-ci gildiya taciri İvan Kobılin tərəfindən Petrovski küçəsində ev inşa etdirməsi məqsədilə ərizə təqdim edilmişdir. Ərizəyə müsbət cavab edildikdən sonra burada yerləşən anbar sökülmüş və yerində iki mərtəbəli bina inşa edilmişdir. Binanın fasadı düzbucaqlı kolonnalarla dörd seksiyaya bölünmüşdür. Hər seksiyada dörd pəncərədə vardır.

Tikintinin bitməsindən sonra birinci mərtəbədə mağazalar yerləşirdi. İkinci mərtəbə isə Vasili Vorovoy tərəfindən "London" mehmanxanası kimi istifadə edilirdi. İkinci mərtəbənin önündə "London mehmanxanası" yazısı yazılmışdır. Mehmanxanaya giriş binanın sağından birmərtəbəli tikilinin üzərindən həyata keçirilirdi. Damda veranda mövcud idi.

Oktyabr inqilabına qədər binanın sağında yerləşən bir mərtəbəli tikilinin inşası ikinci mərtəbənin sonuna qədər artırılmışdır. Bununla da bina bütöv forma almışdır. Çıxışın üzərində dəmir dirəklərlə saxlanılan eyvan vardır. Damda olan dekorativ güldanlar və eyvan sökülmüşdür.

İvan Yekatratieviç Kobılin ilk əvvəllər şəkər alveri ilə məşğul olmuşdur. O, Petrovski küçəsində köhnə bazarda ticarətlə məşğul idi.

1855-ci ildə İ. E. Kobılin şəhər rəhbərliyinə seçilmişdir. Aşağı mərtəbədə mağazalar yerləşir. Birinci seksiyada "Odessa mağazası N. Falkner", ikinci və üçüncü seksiyalarda isə Ppavel Petroviç Stepanov ("Manufaktura") və Jırardovskinin mağazaları yerləşirdi. Dördüncü seksiyada "Tacır Kobılinin çay və şəkər mağazası".

1902-ci ildə burada Erispoxanın əl işləri mağazası və Q. X. Mardirosovun "Tabak və popiroslar" mağazası yerləşirdi.

1902-ci ildə mehmanxananın sahibi dəyişmişdir. Mehmanxana sahibi Nikolay Artemoviç Ter-Arutyunov olur. Ter-Arutyunov 1 fevral 1915-ci ilə vəfat etmişdir. O, ölməmişdən öncə nehmanxananı K. L. Qavrilenkoya satmışdır. 1925-ci ildə mehmanxanada klub-kazino fəaliyyətə başlamışdır. Hər gün saat səkkizdən etibarən burada loto, kart oyunları həyata keçirilirdi. Restoranda spirtli içkilər təklif edən nahar və şam yeməyi verilirdi.

1957-ci ildə binada "Sentralnaya" mehmanxanası açılmışdır. Birinci mərtəbədə "Günün xəbərləri" adlı kinoteatrı açılmışdı. Sonradan isə "Smena" olaraq adlandırılmışdır. 1980-ci ildə kinoteatr bağlanmışdır. Onun yerində mağazalar açılmışdır.

Гаврюшкин О. П. Вдоль по Питерской (хроника обывательской жизни). Таганрог, 2000.

  1. "Таганрог ул. Петровская, 49". 2021-09-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-03-02.