Kobaninin mühasirəsi — Suriyanın Kobani şəhəri uğrunda 2014-cü ilin 16 sentyabr tarixindən başlayan və 2015-ci il 26 yanvar tarixində İŞİD-in məğlubiyyəti ilə başa çatan qanlı döyüşlər. Şəhər yenidən YPG güclərinin nəzarəti altına keçmişdir.
Kobani blokadası
Tərəflərin hərbi vəziyyəti göstərilir. Müxtəlif rənglərdə olan xəttlər İŞİD birliklərinin hansı arealda irəliləməsinə işarədir.
İŞİD tərəfindən Eyn əl-Ərəb əyalətində 350-dən çox kürd kəndi işğal edilib və silahlı yaraqlıqlar şəhər mərkəzini bir necə kilometrlik məsafəsində dayanıblar.[1][2][3]
Bölgədə yaşayan insanların 90% yaxınıTürkiyə ərazisinə qaçıb.[4][5]
YPG silahlıları əsasən Türkiyə ilə sərhəd bölgələrə nəzarət edirlər[6]
İŞİD Şərqi Eyn əl-Ərəb bölgəsində möhkəmlənməyə davam edir[7]
Eyn-əl-Ərəb şəhərində əsasən etnik kürdlər yaşayır və şəhər kürdlər tərəfindən (kürd.Kobanê) adlandırılır. Suriyanın əsasən mərkəzi hissələrində aparılan hərbi əməliyyatlarda iştirak edən İŞİD silahlıları sentyabr ayının ortalarından etibarən ölkənin şimal bölgələrinə doğru həmlələr etməyə başlamış və həmin ərazilərə gözlənilməz hücumlar təşkil etmişdir. Kürd birliklərini hazırlıqsız yaxalamağı bacaran İŞİD döyüşçüləri Eyn-əl-Ərəb əyalətində 2014-cü il 2 oktyabr tarixinə olan məlumata əsasən 350-dən çox kürd kəndini işğal etmişdir.[17] Eyn-əl-Ərəbdə yaşayan 200 minə yaxın etnik kürd davam etməkdə olan qanlı döyüşlərdən xilas olmaq üçün Suriya-Türkiyə sərhədinə cəmləşmişdir.
Türkiyə hökumətinin icazəsindən sonra Eyn-əl-Ərəbdən gələn qaçqınların ölkəyə buraxılmasına başlanıb və onların təhlüksəziliyi təmin edilib. 5 oktyabr tarixinə olan məlumatlara əsasən Eyn-əl-Ərəb şəhərinin ətraf əraziləri və kəndləri tamamilə İraq Şam İslam Dövlətinin nəzarəti altındadır. YPG və PKK silahlıları isə Eyn-əl-Ərəb şəhər mərkəzinin müdafiəsini təmin edirlər. İŞİD ən qısa zamanda şəhəri tamamilə ələ keçirməyi hədəfləsə də ciddi müqavimətlə rastlaşmışdır.
134 gün davam edən silahlı toqquşma 2015-ci ilin 26 yanvar tarixində rəsmən yekunlaşmışdır. ABŞ və NATO birliklərinin hava dəstəyi ilə irəliləyən YPG gücləri şəhərin mühüm nöqtələrini ələ keçirməyi bacarıb. 24 yanvar tarixində şiddətlənən və 2 gün davam edən həlledici döyüşlərin ardından İŞİD silahlıları şəhərdən və ətraf ərazilərdən geri çəkilmək məcburiyyətində qalmışdılar.